Modern.az

Sərhədçilər ilan sancan Alxanlı sakinini xilas etdi

Sərhədçilər ilan sancan Alxanlı sakinini xilas etdi

17 İyul 2018, 11:28

Dövlət Sərhəd Xidmətinin hərbi hissələri və bölmələri tərə­findən sərhədyanı ərazilərdə yaşayan əhaliyə hər zaman mümkün köməklik göstərilib, müxtəlif problemlərin həllində dəstək veril­ib.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, iyulun 15-də Fizuli rayonu sakininin həyatını sərhədçilərin köməkliyi ilə xilas etmək mümkün olub. Belə ki, həmin tarixdə Fizuli rayonunun Alıxanlı kənd sakini 1935-ci il təvəllüdlü Məmmədova Elminaz Rza qızını öz həyətində ilan sanc­ıb və təcili olaraq rayon xəstəxanasına gətirilib.

 

E.Məmmədovanın həyatını xilas etmək ücün ona təcili ilan zər­dabının vurulması zərurəti ilə əlaqədar Dövlət Sərhəd Xidmə­tinin sərhəd qoşunlarının Horadiz sərhəd dəstəsinə müraciət olun­ub.

 

Müraciətə dərhal reaksiya verilib, şəxsi heyətin ilan sanc­ması hallarında istifadə etmək məqsədilə hərbi hissənin tibb mən­tə­qəsində saxlanılan ilan zərdabı rayon xəstəxanasına çatdırılıb. Beləliklə də vətəndaşın həyatı xilas edilib.

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!