Modern.az

Gəncə hadisələrinə görə daha 4 nəfər tutuldu - FOTO

Gəncə hadisələrinə görə daha 4 nəfər tutuldu - FOTO

17 İyul 2018, 14:37

Gəncədə törədilmiş işğtişaşlarla əlaqədar daha 4 nəfər həbs olunub.

Modern.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından bildirilib ki, həbs olunanlar Ceyhun Qurbanov, Vüqar Allahverdiyev, Ülvi Həsənov və Alim Yusifovdur.

Onlar terror aktı, iğtişaşların planlaşdırılması və təşkil edilməsində ittiham edilirlər.

Xatırladaq ki, iyulun 10-da Gəncədə kütləvi iğtişaş törədilib. Sayı təxminən 200 nəfərədk olan radikal dini yönümlü qrup Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Lakin polis əməkdaşları bu cəhdin qarşısını alıblar.

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti – Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov həlak olublar.

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir