19 avqust 2018, Bazar
Ana Səhifə - REPORTAJ - Azərbaycandan Batumiyə gedənlərə MƏSLƏHƏT - Jurnalistin səfər QEYDLƏRİ  
Azərbaycandan Batumiyə gedənlərə MƏSLƏHƏT - Jurnalistin səfər QEYDLƏRİ  
17.07.2018, 16:18

Yadigar Cəfərli


Dostlardan birinə deyəndə ki, iyulun əvvəlində varıb Batumi tərəflərə getmək istəyirəm, maraqla belə bir xahiş elədi:
-Gedib gələndən sonra, yol-yolağanı mənə də danışarsan. Bir qohum neçə vaxtdı maşınla oralara getməyi təklif edir. Bilmirəm məsləhətdi, ya yox?!

Batumi səfərini başa vurub Bakıya dönəndən sonra bəzi sürücülük təcrübələrimi onunla bölüşdüm. Amma sonra qərara gəldim ki, səfər qeydlərimi imkan daxilində qələmə alıb başqa dostlarla da paylaşım. Bəlkə istirahət mövsümündə kimlərəsə faydalı oldu. 

Yazacaqlarım maşınla Batumi səfəri mövzusunda müəyyən sual və tərəddüdləri olanlar üçündür. Mənim getdiyim yolları sükan arxasında çoxdan qayıtmışlarsa bütün bunları oxumasalar da olar.

Əvvəl fikirləşirdim ki, “Qırmızı Körpü”yə qədər gedər, maşını orada dayanacaqda qoyub sərhədi keçəndən sonra yola mikroavtobusla davam edərik. Elə bilirdim, maşını etibarnamə ilə sürməyim sərhədi keçməkdə maneə yarada bilər. Amma yola bələd dostlar xatircəm etmişdilər ki, narahat olma, belə bir çətinlik yaşanmayacaq. 

Beləliklə, günortaya yaxın artıq “Qırmızı Körpü”yə çatmaqda idik. Bizdə yanacaq daha ucuz olduğundan sərhədə az qalmış maşına 42 manatlıq benzin vurdum ki, onunla bir xeyli məsafə qət edə bilim. 6 illik əziz dostum - 1.6 mühərrikli "Nissan Sunny" üçün bu, Batumiyə qədər kifayət elədi, hələ bir xeyli artıq da qaldı. Qazaxdan körpüyə qədər bir neçə yerdə irili-xırdalı yanacaqdoldurma məntəqələri var. Hansında əyləməyi özünüz müəyyənləşdirə bilərsiniz. 

Körpüyə yaxınlaşdıq. Növbə gözləyən maşınlar yolun solunda ard-arda düzülmüşdü. Sayları o qədər çox deyildi. Sərhədçilər hissə-hissə içəri buraxırdılar. Yolun sağ tərəfində dayanacaq görünürdü. Maşını orada bir neçə günlük saxlamaq olardı. Amma Batumiyə maşınla getməkdə qərarlı olduğumdan, dayanacağa gərək qalmırdı. Təxminən 15 dəqiqə, bəlkə azacıq çox tıxacdakı kimi aram-aram irəli tərpənərək növbə gözləyəndən sonra əsas yoxlama zonasına daxil olduq. Yoxlama, pasport nəzarəti təsəvvür etdiyimdən sürətlə keçdi. Sərhədçilərimiz də, gömrük məmurlarımız da kifayət qədər mədəni, anlayışlı davranır, bu prosedurlara bir qədər nabələd olduğumdan səbrlə istiqamət verirdilər. 

Gürcüstan tərəfdə də yoxlama proseduru problemsiz ötüşdü. İki məntəqə arasındakı əsas fərq ondan ibarətdir ki, Gürcüstan sərhədində sərnişinlər maşından düşüb yoxlama üçün zaldan keçməlidir. Bizim tərəfdə isə sürücü də, sərnişinlər də maşından düşsələr də, uzaqlaşmadan eyni nəzarət bölməsində yoxlamadan keçə bilir. 

Gürcüstan ərazisinə daxil olan kimi ətrafda “Batumu”, “Kobuleti” deyərək müştəri axtaran azərbaycanlı taksi sürücülərinin səsi eşidilir. Maşınla bir neçə yüz metr gedəndən sonra yolun solunda üzərində “Zorunlu İnsurance” yazılmış balaca bir ofis görürsən. 

Burada bir prosedur daha var. Maşını ən azı 15 günlüyünə sığorta etdirməlisən. Bu, Gürcüstan ərazisində baş verə biləcək mümkün qəza hallarının ziyanlarından sığortalanmaq üçündür. Əgər sığorta etdirməsən və sonra bu, üzə çıxsa, yayın istisində 200 lari (təxminən 140 manat) tərləməli olacaqsan. 15 günlük sığortanın qiyməti bizim pulla 21 manat edir. Ödənişi nağd da etmək olar, mənim kimi Azərbaycan Beynəlxalq Bankının kartı ilə də (ümumən xaricə səfərə kartla çıxmağın çox faydası var. Kart lazım olsa, elə bu linkdəncə sifariş edə bilərsiniz: https://www.ibar.az/az/individual/plastic-cards/). Sığorta sənədləşməsi cəmi 5-6 dəqiqə çəkir. 

Hazır sığorta kağız-kuğazlarını maşına qoyandan sonra işlər tamamdır. Birbaşa Batumiyə doğru yola çıxa bilərsən. Batumiyə yol Tiflisin içindən keçir. Yolu rahat tapmaq üçün telefona internetsiz də işləyən maps.me proqramını yükləmək olar. Amma ən salamat naviqatorlardan biri də, elə dədə-baba qaydasıdır. Necəsini deyim: Rustavi yolu ilə gedib, Tiflisə daxil olandan sonra sadəcə Ana Kürü sağ böyrünüzdə hiss edə-edə irəliləsəniz, sonra isə ortanı tutub heç yerə dönmədən yoxuşa qalxsanız, tərəddüd etdiyiniz haçalanmış yol ayrıcında solu götürsəniz, Batumi yoluna gedib çıxacaqsınız. Arada bir-iki yerdə soruşa da bilərsiniz. 

Balaca bir məsləhət verim ki, əgər Batumiyə Bakıdan gedirsinizsə, yaxşı olar, yorulmamaq üçün yolu iki yerə böləsiniz. Bir gecəni ya Azərbaycanın qərb şəhərlərinin birində, ya da Tiflisdə keçirəsiniz. Ya da yola lap tezdən çıxmaq lazımdır. Çünki yol xeyli uzaqdır. Bakıdan Tiflisə 574 kilometrdir, yəni təxminən 5-6 saat. Bunun üstünə gəlin Tbilisidən Batumiyə qədər olan 375 kilometr məsafəni. Daha 4-5 saatınız da belə getdimi? Üstəlik, Batumiyə gedən yollar Bakı-Qazax yolu qədər düz, geniş və ikitərəfli deyil. Böyük bir hissəsi dağ yollarıdır. Çox mənzərəlidir. Amma dolanbac yerlərdən keçir. Maksimum sürət həddi 90-dır, o da çox az yerlərdə. Yalnız Kutaisi tərəflərdə bir neçə kilometr 110-luq yol var. “Tır”lar, başqa yük maşınları da bu yollarda çoxdur. Ona görə məsləhətdir ki, yavaş-yavaş gedəsən və özünü çox da yormayasan. 
Hara tələsirsiz, bəzi sürücülərin qabaq aynaya yazdıqları məşhur aforizmdə deyildiyi kimi, onsuz da “Ömür bitər yol bitməz”.

Əgər bura qədər maraq doğurdusa, növbəti yazımdan oxuyacaqsınız ki, Batumidə harada qalmaq, haraları gəzmək, yeməyi harada yemək daha yaxşı olar?

Bu şəhərdə qiymətlər necədir? 

Batumidən Trabzona maşınla və ya maşınsız necə rahat gedə bilərsiniz? 

Alış-veriş üçün haralara üz tutsanız, irəli üşərsiniz və s.

(Ardı var)

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Möhtəşəm ixtira: artıq sizi aldada bilməyəcəklər
19.08.2018, 16:40

Möhtəşəm ixtira: artıq sizi aldada bilməyəcəklər

Azərbaycan səmasında UNO görünüb?   
19.08.2018, 16:20

Azərbaycan səmasında UNO görünüb?  

Daha bir ölkədən Türkiyəyə dəstək      
19.08.2018, 16:04

Daha bir ölkədən Türkiyəyə dəstək    

Məşhur türkiyəli futbolçu soyuldu
19.08.2018, 15:48

Məşhur türkiyəli futbolçu soyuldu

Sabah ölkə ərazisində küləkli hava şəraiti davam edəcək
19.08.2018, 15:27

Sabah ölkə ərazisində küləkli hava şəraiti davam edəcək

23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"
19.08.2018, 15:07

23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 357 nəfərə çatıb
19.08.2018, 14:50

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 357 nəfərə çatıb

İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir
19.08.2018, 14:39

İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir

Dəmirçi-Lahıc yolunda hərəkət tam olaraq məhdudlaşdırılıb
19.08.2018, 14:22

Dəmirçi-Lahıc yolunda hərəkət tam olaraq məhdudlaşdırılıb

Şimali Koreya icazə verdi: Yoxlayın
19.08.2018, 14:10

Şimali Koreya icazə verdi: Yoxlayın

“Taliban” Əfqanıstanın Faryab əyalətinin bir hissəsini ələ keçirdi
19.08.2018, 13:52

“Taliban” Əfqanıstanın Faryab əyalətinin bir hissəsini ələ keçirdi

ABŞ-da konsertdə konstruksiya aşdı  - 14 yaralı var
19.08.2018, 13:40

ABŞ-da konsertdə konstruksiya aşdı - 14 yaralı var

Azərbaycanın ilk Xalq şairi Mirvarid Dilbazir - Qadınlar arasında
19.08.2018, 13:17

Azərbaycanın ilk Xalq şairi Mirvarid Dilbazir - Qadınlar arasında

Türkiyə sahillərində güclü zəlzələ
19.08.2018, 13:03

Türkiyə sahillərində güclü zəlzələ

Lütfi Zadənin qəbirüstü abidəsi bu tarixdə tam hazır olacaq – “Son işlər gedir”
19.08.2018, 12:42

Lütfi Zadənin qəbirüstü abidəsi bu tarixdə tam hazır olacaq – “Son işlər gedir”

Qazaxa gedərkən itkin düşən qadın tapılıb
19.08.2018, 12:19

Qazaxa gedərkən itkin düşən qadın tapılıb

Siqaret çəkən valideynlər övladlarını bu cür məhv edirlər
19.08.2018, 12:08

Siqaret çəkən valideynlər övladlarını bu cür məhv edirlər

Azərbaycan və Çin üçüncü ölkələrdə birgə müəssisələr yarada bilərlər
19.08.2018, 11:39

Azərbaycan və Çin üçüncü ölkələrdə birgə müəssisələr yarada bilərlər

Azərbaycan nefti 73 dolları ötdü
19.08.2018, 11:25

Azərbaycan nefti 73 dolları ötdü

Elçibəyin oğlu əsəbləşdi: “Atamın adından saxta profil açıb....”
19.08.2018, 11:10

Elçibəyin oğlu əsəbləşdi: “Atamın adından saxta profil açıb....”

Messi tarixi qola imza atdı
19.08.2018, 10:48

Messi tarixi qola imza atdı

Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb
19.08.2018, 10:33

Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb

İndoneziyada güclü zəlzələ olub
19.08.2018, 10:14

İndoneziyada güclü zəlzələ olub

Ronaldu “Yuventus”da ilk oyununda rəqibin burnunu sındırdı
19.08.2018, 10:00

Ronaldu “Yuventus”da ilk oyununda rəqibin burnunu sındırdı

Məmmədyarov supertunirə qələbə ilə başladı
19.08.2018, 09:49

Məmmədyarov supertunirə qələbə ilə başladı

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 87 dəfə pozub
19.08.2018, 09:33

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 87 dəfə pozub

İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq
19.08.2018, 09:20

İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq

Cəbrayılda görüşənədək...   
19.08.2018, 09:15

Cəbrayılda görüşənədək...  

ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir
19.08.2018, 00:47

ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir

Gəncədə xəstəxanada yanğın
19.08.2018, 00:31

Gəncədə xəstəxanada yanğın

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində
19.08.2018, 00:13

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək
18.08.2018, 23:57

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı   
18.08.2018, 23:47

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı  

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir
18.08.2018, 23:43

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir

Fəhlə işləyən gənc faciəli şəkildə öldü
18.08.2018, 23:27

Fəhlə işləyən gənc faciəli şəkildə öldü

ARXİV