Modern.az

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR

İtaliya prezidenti Azərbaycana gəlib - FOTOLAR

Aktual

17 İyul 2018, 22:23

İtaliya prezidenti Sercio Matarella Azərbaycana gəlib. Modern.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul düzəlib.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanı və qızı Laura Mattarellanı hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Xələf Xələfov və digər rəsmi şəxslər qarşıladılar.

 

Qeyd edək ki, ikigünlük səfəri zamanı Sercio Matarella Azərbaycan prezidenti İlham Əliyevlə görüşəcək. Fəxri qonaq, həmçinin, Azərbaycan - İtaliya biznes forumunda iştirak edəcək.

 

Bundan başqa Sercio Matarellanın ADA Universitetində tələbələr qarşısında çıxış edəcəyi planlaşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir