Modern.az

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir

ABŞ Dünya Ticarət Təşkilatından icazə gözləyir

17 İyul 2018, 23:48

ABŞ Dünya Ticarət Təşkilatına (DTT) Kanada, Çin, Aİ, Meksika və Türkiyə ilə məsləhətləşmələr keçirmək barədə müraciət edib. Birləşmiş Ştatlar DTT üzvü olan bu ölkələrlə onların ABŞ-dan idxal edilən müəyyən mallara rüsum tətbiqini müzakirə etmək niyyətindədir. Həmin ölkələr Vaşinqtonun idxal etdiyi polad və alüminium məmulatlarına rüsum tətbiqinə cavab olaraq müvafiq addımı atıblar.

 

Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Dünya Ticarət Təşkilatının Cenevrədəki rəsmi nümayəndəsi məlumat verib.

Onun sözlərinə görə, məsləhətləşmələr barədə xahiş bu həftə DTT üzvləri arasında yayılacaq və təşkilatın saytında yerləşdiriləcək. Məsləhətləşmələr məsələni müzakirə etməyə və təhqiqata keçmədən həll etməyə imkan yaradır. Problem həllini tapmadığı təqdirdə, şikayətçi tərəf 60 gün ərzində arbitrlər panelini yaratmaq barədə müraciət hüququ əldə edir.

 

Bundan əvvəl ABŞ-ın polad və alüminium məmulatlarına tətbiq etdiyi rüsumla bağlı olaraq DTT-nin səkkiz üzvü – Rusiya, Aİ, Hindistan, Kanada, Çin, Meksika, Norveç və İsveçrə ABŞ-la məsləhətləşmələr keçirilməsinə dair təşkilata müraciət edib. Məsləhətləşmələr barədə müraciət xahiş ticarət mübahisəsinin rəsmi başlanğıcı deməkdir.

 

ABŞ-ın müvafiq danışıqlarda nümayəndəsi Robert Laythayzerin sözlərinə görə, ABŞ ölkənin marağını müdafiə etmək məqsədilə bütün zəruri tədbirləri görmək niyyətindədir.

 

Xatırladaq ki, iyunun 1-dən ABŞ Aİ, Kanada və Meksikadan idxal edilən polad və alüminium məmulatlarına müvafiq olaraq 25 və 10 faiz rüsum tətbiq edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi