Modern.az

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu

Heydər Əliyev prospektində gənc oğlanı maşın vurdu

Aktual

18 İyul 2018, 00:04

Nərimanov rayonunda yol qəzası zamanı bir nəfər ağır xəsarət alıb. Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə yeraltı piyada keçidinin üstündə baş verib.

 

Belə ki, hava limanı istiqamətində hərəkətdə olan 90-TT-756 dövlət qeydiyyat nişanlı "Volkswagen" markalı avtomobil piyadalar üçün müəyyən edilməmiş yerdən yolu qəfil keçən 16 yaşlı Aqşin İslamovu vurub. A.İslamov avtomobilin yan güzgüsünə və qapısına çırpılıb.

 

Hadisə zamanı o, kəllə-beyin travması alıb. Yaralı 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları sürücünü saxlayıb. Onun avtomobili cərimə meydançasına yerləşdirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar