Modern.az

Tereza Mey növbədənkənar seçkilərə gedə bilər

Tereza Mey növbədənkənar seçkilərə gedə bilər

Dünya

18 İyul 2018, 12:14

Britaniyanın baş naziri Tereza Mey onun Brexit-dən sonrakı iqtisadi əlaqələr siyasəti ilə razı olmayanları təhdid edib.

 

Modern.az “The Times” nəşrinə istinadən xəbər verir ki, Mey ondan narazı hakim “Konservativ partiya” üzvlərini növbədənkənar seçkilərlə hədələyib.

Nəşrin məlumatına görə baş nazir bu cür xəbərdarlıqla Parlamentin İcmalar Palatası qarşısında qanun layihəsinin səsverməsi zamanı çıxış edib.

 

Bu ticarət haqqında qanuna dəyişiklik layihəsini Stiven Xomondom və Niki Morqannın başçılığı ilə baş nazirin tənqidçiləri hazırlayıb.

 

Qanun layihəsi aşağı palatanın deputatlarının 307 səsdən 301-i əleyhinə olmaqla baxışdan keçə bilməyib.

Deputatlar əsasən Meyin “Brexit”-dən sonrakı dövr üçün rəsmi Brüssellə iqtisadi əlaqələr qurulması planı ilə razı deyillər.

 

Qeyd edək ki, “Brexit” (Britaniyanin Avropa Birliyindən çıxması) 2019-cu ilin martın 29-da baş tutacaq. Bundan sonra 2020-ci ilin dekabrın 31-nə kimi keçid dövrü olacaq.

 

Əvəz ZEYNALOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?