Modern.az

135 yaşlı pensiyaçı ölməyibmiş

135 yaşlı pensiyaçı ölməyibmiş

4 Dekabr 2009, 10:06

Türkiyədə 135 yaşlı qarını sağ ola-ola pensiya siyahısından siliblər. Həlimə Solmazın  sənədlərinə baxan yerli hakimiyyət nümayəndələri onun 1874-cü idə anadan olduğunu görüncə güman ediblər ki, qarı yəqin çoxdan dünyasını dəyişib.  Odur ki, Həlimə Solmaz barədə araşdırma aparmadan onu pensiyaçılar siyahısından siliblər. Həlimə Solmaz isə doğrudan da son bir neçə ildə pensiya ilə bağlı sosial müfəttişliyə müraciət etməyib.  Sadəcə yaşına görə artıq yerindən tərpənə bilməyən qarı müfəttişləri narahat edə bilməyib. Bu barədə Türkiyə mətbuatə yazır.

Ədaləti bərpa etməyi Həlimə Solmazın çoxsaylı nəticələrindən biri üzərinə götürüb. Bundan sonra hakimiyyət nümayəndələri sevinc və təəcüblə Həlimə xanımı ziyarət edib bir neçə ildə yığılmış təqaüdünü ona təqdim ediblər. Hələ üstəlk qarıya əlil arabası da bağışlayıblar.

135 yaşlı Həlimə Solmaz səhhətindən şikayətçi deyil.  Uzun ömrü boyu onun yadında qalan ən parlaq xatirə Mustafa Kamal Atatürklə görüşüdür.  Belə ki, milli-azadlıq hərəkatının qızğın vaxtında onların kəndinə gələn Atatürkü Həlimə Solmaz  ayrana qonaq edib.  “Gələcək prezident çox mə]rur görünürdü. Atatürkün işıqlı yaşıl gözlərini yaxşı xatırlayıram”-deyə bildirib.

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir