Modern.az

Tramp ABŞ-ı 3,9 milyard dollar xərcə salacaq

Tramp ABŞ-ı 3,9 milyard dollar xərcə salacaq

18 İyul 2018, 13:17

Pentaqon 18 aylıq danışıqlardan sonra Boeing şirkəti ilə iki yeni prezident təyyarəsi sifarişi üçün razılığı gəlib.

 

Modern.az The Wall Street nəşrinə istinadən xəbər verir ki, ABŞ hökuməti prezident Donald Tramp üçün  yeni iki təyyarəyə görə 3,9 milyard dolları gözdən çıxarıb.

Nəşrin məlumatına görə bu razılaşma gələcək inflyasiyanı nəzərə alarsaq Pentaqona 1 milyard dollara qənaət etməyə imkan verəcək.

 

Hazırki, iki Boeing-747 Air Force One prezident təyyarələrini dəyişməyə ehtiyac duyulur. Bunun səbəbi onların saxlanması hökumətə çox baha başa gəlməsidir.

Uzun danışıqlardan sonra 2015-ci ildə müflis olmuş “Transaero” Rusiya aviasiya şirkətinin sifariş etdiyi iki Boeing-747-8 təyyarələri köməyə çatıb. Bu iki ədəd ikimərtəbəli təyyarə şirkət tərəfindən modernizə və yeni avadanlıqlarla təchiz edilərək prezident təyyarələrinə çevriləcək.

 

Bundan əlavə nəşrin danışıqlar barədə məlumatlı mənbədən aldığı informasiyaya görə şirkət hazırki iki prezident təyyarəsinin istismarına endirim təklif edib. Endirimin qiymətləri açıqlanmasa da Ağ Ev və gizli xidmətlər xərcləri azaltmaq üçün bu təyyarələrin tələblərini dəyişdirib.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp seçimlərdə qələbəsindən sonra sifarişin 4 milyard dolları aşdığına görə ləğv edilməsini tələb  edib.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir