Modern.az

Bakı-Quba yolundakı qəzanın səbəbi AÇIQLANDI  

Bakı-Quba yolundakı qəzanın səbəbi AÇIQLANDI   

Aktual

18 İyul 2018, 13:26

Xəbər veridiyimiz kimi, Bakı-Qusar marşrutu ilə hərəkət edən 10–UZ–751 nömrəli “Hunday” markalı sərnişin avtobusu 90 LO 148 nömrəli “Nissan” markalı minik maşını ilə toqquşub.

Dövlət Avtomobil Nəzarəti Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Nuridə Allahyarova Modern.az-a deyib ki, 10–UZ–751 d/q nişanlı, Hüseyn Abbasov adlı fiziki şəxsə məxsus “Hyundai County” Bakı-Qusar marsrutu ilə hərəkət edən zaman “Nissan X –Trail” i lə toqquşub:


“Marşrut xətti ilə hərəkət edən avtobus saat 8:00-da 28 nəfər sərnişinlə Avtovağzaldan çıxıb. "ANDT" MMC-dən daxil olan məlumata görə sərnişin avtobusu texniki müayinədən keçdikdən sonra yola düşüb.

İlkin ehtimallara əsasən Quba yolunun 142-ci kilometrliyində “Nissan” markalı minik maşınının sürücüsü yolun qaşınması və yüksək sürət səbəbi ilə idarəetməni itirərək qəza hadisəsi törədib”.

 

N.Allahyarova deyib ki, qurum rəsmiləri hadisə yerində olublar:

“Nazirlik yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Sərnişin daşımalarının tənzimlənməsi sektorunun müdiri Arif Məmmədov və "ANDT" MMC-nin rəisi Elnur Mahmudov hadisə yerində olublar.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü dünyasını dəyişib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır