“Biz strateji tərəfdaşıq, siyasi əlaqələrimiz çox yüksək səviyyədədir və İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri bunun bariz nümunəsidir. İtaliya bizim üçün birinci ticarət tərəfdaşıdır. Azərbaycan böyük həcmdə neftini İtaliya istiqamətinə göndərir, enerji sahəsində çox gözəl əməkdaşlıq var. Əminəm ki, gələcəkdə bu əməkdaşlıq dərinləşəcək”.
Modern.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev italiyalı həmkarı Sercio Mattarella ilə görüşlərdən sonra mətbuata bəyanatında deyib.
“Azərbaycan tərəfdaş ölkələrlə birlikdə hazırda “Cənubi Qaz Dəhlizi” layihəsini uğurla icra edir”, - deyən dövlət başçısı əlavə edib ki, bu, 40 milyard dollar dəyərində olan layihədir, onun böyük hissəsi icra edilib.
“Bu il Cənub Qaz Dəhlizinin rəsmi açılışı Bakıda olmuşdur. Onun böyük hissəsini təşkil edən TANAP layihəsinin Əskişəhər şəhərində açılışı olmuşdur. Yəni, bu istiqamətdə işlər uğurla gedir və bu, eyni zamanda, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm rol oynayır”.
Prezident bildirib ki, İtaliya şirkətləri Azərbaycanda uğurla fəaliyyət göstərir. Bu gün açılacaq polimer zavodunun inşasında İtaliya şirkəti fəal iştirak edib. Azərbaycanda bir çox İtaliya şirkətləri fəaliyyət göstərir:
“Biz bu gün bu məsələ ilə bağlı da danışdıq və mən Prezident Mattarellaya dedim ki, İtaliya şirkətləri üçün Azərbaycanda bütün qapılar açıqdır, biz onların səviyyəsini bilirik, onlar çox yüksək texnologiyaya malik olan şirkətlərdir. Azərbaycanda inşaat sektorunda, kənd təsərrüfatı sahəsində, ağır sənaye sahəsində bir çox layihələr icra ediblər və çox yüksək səviyyədə icra ediblər. Əlbəttə ki, keçirilən görüşlər və sabah iştirak edəcəyimiz İtaliya-Azərbaycan biznes forumu qarşımızda yeni imkanlar açacaq. Çünki Azərbaycanın sürətli iqtisadi-sənaye inkişafı tələb edir ki, yeni texnologiyalar gətirilsin. Əlbəttə ki, ilk növbədə, biz bu texnologiyaları dost ölkələrdən gətirmək, əldə etmək istərdik”.
İlham Əliyev vurğulayıb ki, Azərbaycan İtaliya üçün, İtaliya Azərbaycan üçün çox etibarlı tərəfdaşdır.
"Əminik ki, İtaliya ATƏT-in sədri kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində fəal rol oynayacaq...
Mən cənab Prezidenti münaqişə ilə bağlı məlumatlandırdım, danışıqların hazırkı vəziyyəti ilə bağlı Azərbaycanın mövqeyini ifadə etdim. Biz istəyirik ki, bu münaqişə beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində tezliklə öz həllini tapsın”.
İlham Əliyev bildirib ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan tarixi torpaqları – Dağlıq Qarabağ və onun ətrafında yerləşən 7 rayon uzun illərdir ki, Ermənistanın işğalı altındadır.
"Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır və 1 milyondan çox azərbaycanlı məcburi köçkün, qaçqın vəziyyətində yaşayır. Xalqımıza qarşı hərbi cinayətlər törədilmişdir. İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz məhv edilmişdir. ATƏT işğal edilmiş bölgələrə iki dəfə faktaraşdırıcı missiya göndərmişdir. Bu missiyaların məruzələrində göstərilir ki, bütün tarixi abidələrimiz, infrastruktur obyektləri Ermənistan tərəfindən dağıdılıb. Münaqişənin həlli üçün hüquqi əsas var. BMT Təhlükəsizlik Şurası 25 il bundan əvvəl 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə göstərilir ki, erməni silahlı qüvvələri işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Bu qətnamələr qüvvədədir və bu qətnamələrin icrası təmin edilməlidir. Əfsuslar olsun ki, Ermənistan uzun illərdir bu qətnamələrə məhəl qoymur, öz işğalçı siyasətini davam etdirir və status-kvonu saxlamaq istəyir. Bu məsələ ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədr ölkələri prezidentlər səviyyəsində dəfələrlə bəyan etmişlər ki, status-kvo qəbuledilməzdir, dəyişdirilməlidir. Biz bu mövqeyi dəstəkləyirik və hesab edirik ki, tezliklə münaqişənin həlli üçün addımlar atılmalıdır, Ermənistanın işğalçı qüvvələri bizim tarixi torpaqlarımızdan çıxarılmalıdır".
“Aztelekom”un sabiq baş direktoru həbsdən buraxılıb
Biləsuvarda ev yandı
Əfqanıstan səfiri BDU-da
Qaradağlı faciəsinin 27-ci ildönümü qeyd edilib - FOTOLAR
Pakistan Hindistandakı səfirini geri çağırdı
Prezident Sumqayıtda yeni zavodu işə saldı
Universitetlərdə 500-600 manat təqaüd alan TƏLƏBƏLƏR
Ermənistan Rusiyadan 12 qırıcı təyyarə almağı planlaşdırır
Bakıda liftlərin hissələrini oğurlayan şəxs tutuldu
Nəriman Əliyev seçicilərinin müraciətlərini nəzarətdə saxlayacaq
“ASAN könüllüləri” deputatlarla görüşəcəklər - “Könüllülər Parlamenti-Azərbaycan, 2019”un açılışı oldu
Avstriya rəsmisi Tərcümə Mərkəzində
Nohur balıqçılığı ilə bağlı müzakirə aparıldı
Azərbaycan və Belarus müdafiə nazirləri görüşdü
DİM-də cavabların yoxlanma prosesinin ən məxfi detalları
Abxaziya erməniləri Yerevanın Tbilisiyə təsir rıçaqı kimi - Danışır FAKTLAR
Ermənistanda 100 əsgər ölüb, araşdırma başladı
Pulu MilliÖn-lə göndərib, bankomatdan almaq imkanı!
Qubada fermerlərə ağac budamaq öyrədildi
124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb
Polis istirahət günlərində 68 nəfəri saxladı
Ermənistan atəşkəsi 26 dəfə pozdu
Milli Məclisdən pensiyalarla bağlı qanuna dəyişiklik
Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən bu gününə - II YAZI
İlham Əliyev Sumqayıta gedir
Manatın bugünkü MƏZƏNNƏSİ
Amerikalıların etibar etdiyi azərbaycanlı xanım…
Türkiyədə mikroavtobus aşdı: 16 yaralı
Moskvada şiddətli şaxtalar olacaq
Göyçayda zəncirvari qəza
Parisdə “sarı jiletlər” yürüş keçirdi
Ötən ay 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı
Paytaxtda 180 restoran bağlandı - SƏBƏB
Məktəb direktorunu döyən “Drakon”la birgə bacısı oğlu da ittiham olunur - YENİLƏNİB
Müəllimlər də aksiyaya başladı
Saakaşvili erməni olmadığını genetik testlə sübut etdi
“Qarabağ” “Qəbələ”dən 3 xal aldı
Ərdoğanla Putin apreldə yenidən görüşəcək
Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı keçirdi
Anamı “cinayət işi” öldürdü
Rüstəm İbrahimbəyov Bakıya gəldi - FOTOLAR
“Neolit”dəki qarşıdurmaya görə tanınmış bloqer saxlanıldı
İran yeni sualtı gəmi istehsal edib
“Qarabağ” və “Səbail” rəqiblərinə qalib gəldi
Paxıllıq izi qırmızı xətlə silinməlidir
“Real” öz meydanında məğlub oldu - Fotolar + VİDEO
Avropa Liqasının finalına 100 gün qaldı
Polis qadınları fahişəliyə cəlb edənləri saxladı - FOTO
Tanınmış alimdən ŞOK SÖZLƏR - İnsanlara donuz orqanları köçürülə bilər
Peşə məktəblərinin şagirdləri üçün buraxılış imtahanları başa çatdı
Şərh yaz