Modern.az

“Google” 4,3 milyard avro CƏRİMƏLƏNDİ

“Google” 4,3 milyard avro CƏRİMƏLƏNDİ

18 İyul 2018, 15:06

Avropa Birliyi Google şirkətinə monopoliya yaratmaq və bu yolla rəqiblərini sıradan çıxarmaq ittihamı ilə pul cəzası tətbiq edə bilər.

 

Modern.az Bloomberg nəşrinə istinadən xəbər verir ki, AB Komissiyası bu iddialara görə tanınmış şirkətə 4,3 milyard avro (təxmini 5 milyard dollar) pul cəriməsi kəsə bilər.

 

Google “Android” sistemi üzərindəki təsir gücü ilə rəqiblərini bu sahədən sıxışdırmaqda ittiham olunub.

AB Komissiyasının rəqabət məsələləri üzrə nümayəndəsi Marqret Vestaqer verilən cəzanı açıqlamaq üçün mətbuat konfransı keçiriləcəyini bildirib.

 

Mətbuat konfransının Bakı vaxtı ilə saat 16-da baş tutacağı bildirilib.

Qeyd edək ki, AB Komissiyası bundan əvvəl də Google şirkətinə 2,4 milyard avro pul cəzası təyin edib. Bunun səbəbi isə şirkətin axtarış nəticələrini öz satış servislərinin xeyrinə manipulyasiya etməsi olub.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı