Modern.az

Nəsimi rayon İcra Hakimiyyəti jurnalistləri mükafatlandırdı - FOTOLAR

Nəsimi rayon İcra Hakimiyyəti jurnalistləri mükafatlandırdı - FOTOLAR

18 İyul 2018, 15:32

Nəsimi rayon İcra Hakimiyyətində  Milli Mətbuatın 143 illiyi ilə əlaqədar Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu, TV, qəzet və elektron informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə tədbir-görüş keçirilib.


Modern.az xəbər verir ki, görüşü açan Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov 143 illiyini qeyd etdiyimiz Azərbaycan Milli Mətbuatının böyük və şərəfli inkişaf yolu keçdiyini qeyd edib.

Rayon İcra Hakimiyyəti tərəfindən kütləvi informasiya vasitələri ilə sıx və məhsuldar əlaqələrə hər zaman mühüm əhəmiyyət verildiyini qeyd edən Asif Əsgərov vurğulayıb ki, Azərbaycan mətbuatı cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirib, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb.


Bildirilib ki, Nəsimi rayon İcra Hakimiyyəti Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu ilə sıx əməkdaşlıq edir.


Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli Milli Mətbuatın 143 illiyi ilə əlaqədar keçirilən tədbirlər, rəhbərlik etdiyi qurumun fəaliyyət göstərdiyi müddət ərzində görülən işlər barədə məlumat verib, mətbuat işçilərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə mətbuat işçiləri adından minnətdarlığını bildirib.

Tədbirin sonunda Milli Mətbuat günü münasibətilə KİV nümayəndələrinə  Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən hədiyyələr təqdim olunub.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi