Bir neçə gündür qarpız-yemiş mövsümünün tez sovulacağı, qiymətinin isə kəskin bahalaşacağı haqda ajiotaj yaranıb. Bu söz-söhbəti qarpız satanların daha çox yayması adamda “süni qiymət artımına cəhd” kimi fikir yaradır. Lakin vəziyyətin təhlili başqa qənaətə gəlməyə əsas verir. Son günlər qiymətlərdə yüksəlmə müşahidə edilir, sahələrdə qarpızın torpdansatış qiyməti 30-40 qəpik, paytaxtın iri satış mərkəzlərində (Meyvəli bazarda) isə 55-60 qəpikdir. Təbii ki, havalar isti keçdiyi üçün bu məhsula əhali arasında böyük maraq var, ona görə də isti havalarda “qarpız ləzzəti”dən məhrum olmaq təhlükəsi camaatı daha da gərginləşdirir.
Kənd təsərrüfatı üzrə araşdırmaçı jurnalist Nicat Nəsirli Modern.az-a deyib ki, bahalaşmanın əsas səbəbləri bunlardır:
1. Havaların kəskin isti keçməsi bu məhsula olan təlabatı dəfələrlə artırıb, tələblə təklif arasında balans pozulub;
2. Əsas qarpız istehsalçısı olan Sabirabadda bostan mövsümü uğursuz olub, ötən ilə nisbətən sahələr azalıb. Adətən, Sabirabad qarpızı iyulun sonu-avqustun əvvələrinə qədər bazarlarda “hökmranlığını” qoruyurdusa, artıq iyulun birinci ongünlüyündə yığımı başa çatıb;
3. Digər qarpız-yemiş istehsalçısı olan Bərdə, Ağcabədi, Zərdab, Kürdəmir, İmişlidə isə qarpız gec yetişdiyi üçün bazarda boşluq yaranıb və qiymətlərə təsir edib;
4. Hazırda da davam edən kəskin istilər bostan sahələrinin məhsuldarlığına ciddi ziyan vurub, vaxtında suvarma imkanı olmadığı üçün sahələrdə yanma, tağların az bar verməsi müşahidə edilir.
5. Bu il ölkədə texniki bitkilərin əkin sahəsi bostan məhsullarının hesabına artırılıb. Pambığın birdən birə 130 min hektara çatdırılmasında bostan sahələri aktiv rol oynayıb, nəticədə istehsal həcmi aşağı düşüb.
N.Nəsirlinin sözlərinə görə, son illərin statistik təhlilləri göstərir ki, qarpız-yemiş sahələri ildən-ilə azalır.
“Məsələn, 2008-ci ildə 22 min hektarda əkilmişdisə, 2016-ci ildə 18 min hektara düşüb, düzdü, məhsuldarlıq yüksəkdir (180 sentner). Demək ki, bostan əkininə marağın azalmasının digər səbəbləri də var. İki il ərzində qarpızın ümumi istehsal həcmi 364 min tondan 350 min tona enib.
Yeri gəlmişkən, qarpız-yemiş yeganə məhsuldur ki, nə idxalda, nə də ixracda rol oynayır. Cüzi həcmdə xaricə satırıq, elə o qədər də alırıq.
Hər bir azərbaycanlı ildə indiki istehsal həcminə görə 36 kq qarpız yeyir”.
Bakıda spirtli içkidən zəhərlənib öldü - FOTO
Bir ildə 14857 ailə dağılıb - Boşanmaların ən çox olduğu bölgələr açıqlandı - RƏSMİ
Heydər Əliyev Mərkəzində nadir əsərlərdən ibarət sərgi açılıb - FOTOLAR
Separatçıların paytaxtında 3 ardıcıl partlayış…
Rüstəm İbrahimbəyov Bakını tərk etdi
Rövşən Rzayev Beyləqanda köçkünləri qəbul etdi
“Aztelekom”un sabiq baş direktoru həbsdən buraxılıb
Biləsuvarda ev yandı
Əfqanıstan səfiri BDU-da
Qaradağlı faciəsinin 27-ci ildönümü qeyd edilib - FOTOLAR
Pakistan Hindistandakı səfirini geri çağırdı
Prezident Sumqayıtda yeni zavodu işə saldı
Universitetlərdə 500-600 manat təqaüd alan TƏLƏBƏLƏR
Ermənistan Rusiyadan 12 qırıcı təyyarə almağı planlaşdırır
Bakıda liftlərin hissələrini oğurlayan şəxs tutuldu
Nəriman Əliyev seçicilərinin müraciətlərini nəzarətdə saxlayacaq
“ASAN könüllüləri” deputatlarla görüşəcəklər - “Könüllülər Parlamenti-Azərbaycan, 2019”un açılışı oldu
Avstriya rəsmisi Tərcümə Mərkəzində
Nohur balıqçılığı ilə bağlı müzakirə aparıldı
Azərbaycan və Belarus müdafiə nazirləri görüşdü
DİM-də cavabların yoxlanma prosesinin ən məxfi detalları
Abxaziya erməniləri Yerevanın Tbilisiyə təsir rıçaqı kimi - Danışır FAKTLAR
Ermənistanda 100 əsgər ölüb, araşdırma başladı
Pulu MilliÖn-lə göndərib, bankomatdan almaq imkanı!
Qubada fermerlərə ağac budamaq öyrədildi
124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmayıb
Polis istirahət günlərində 68 nəfəri saxladı
Ermənistan atəşkəsi 26 dəfə pozdu
Milli Məclisdən pensiyalarla bağlı qanuna dəyişiklik
Qaynaqlarımızda türkün hikmət xəzinəsi: genetik yaddaşın dünənindən bu gününə - II YAZI
İlham Əliyev Sumqayıta gedir
Manatın bugünkü MƏZƏNNƏSİ
Amerikalıların etibar etdiyi azərbaycanlı xanım…
Türkiyədə mikroavtobus aşdı: 16 yaralı
Moskvada şiddətli şaxtalar olacaq
Göyçayda zəncirvari qəza
Parisdə “sarı jiletlər” yürüş keçirdi
Ötən ay 124 Azərbaycan vətəndaşı Gürcüstana buraxılmadı
Paytaxtda 180 restoran bağlandı - SƏBƏB
Məktəb direktorunu döyən “Drakon”la birgə bacısı oğlu da ittiham olunur - YENİLƏNİB
Müəllimlər də aksiyaya başladı
Saakaşvili erməni olmadığını genetik testlə sübut etdi
“Qarabağ” “Qəbələ”dən 3 xal aldı
Ərdoğanla Putin apreldə yenidən görüşəcək
Dövlət İmtahan Mərkəzi buraxılış imtahanı keçirdi
Anamı “cinayət işi” öldürdü
Rüstəm İbrahimbəyov Bakıya gəldi - FOTOLAR
“Neolit”dəki qarşıdurmaya görə tanınmış bloqer saxlanıldı
İran yeni sualtı gəmi istehsal edib
“Qarabağ” və “Səbail” rəqiblərinə qalib gəldi
Şərh yaz