Modern.az

Bakıda tuneli bağlayıb əylənən gənclər saxlanıldı - VİDEO

Bakıda tuneli bağlayıb əylənən gənclər saxlanıldı - VİDEO

18 İyul 2018, 15:51

Bir neçə gün əvvəl Bakının mərkəzi yollarından birindəki tuneldə toy karvanındakı avtomobillərdən düşən bir qrup gəncin hərəkəti saxlayaraq yolda şampan partlatması, rəqs edərək şadyanalıq etməsi ilə bağlı görüntülər yayılmışdı. 

 

Modern.az Lent.az-a istinadən xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsində məsələ ilə bağlı aparılan araşdırmalar nəticəsində yol hərəkət qaydalarını kobud şəkildə pozan və digər hərəkət iştirakçılarına açıq hörmətsizlik göstərən gənclərin şəxsiyyəti müəyyənləşdirilib. Onlar saxlanılıb və barələrində inzibati-həbs qərarı çıxarılıb.

 

Araşdırmalar zamanı məlum olub ki, xuliqanlıq etmiş gənclər avtomobil və ehtiyat hissələrinin satışı ilə məşğul olan dostlardır.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi