Modern.az

Rusiyalı hərbçilər erməni kəndinə tankla hücum etdilər

Rusiyalı hərbçilər erməni kəndinə tankla hücum etdilər

18 İyul 2018, 15:53

Gümrüdəki 102 saylı hərbi bazasının təlimlər keçirməsi Ermənistanda böyük təşvişə səbəb olub.

 

Modern.az Ermənistan mətbuatın istinadən xəbər verir ki, hərbi hissənin hərbçiləri Panik kəndində kənd rəhbərliyini məlumatlandırmadan hərbi təlimlər keçiriblər.

Nəticədə yerli sakinlər anidən açılan atəş səslərindən qorxublar.

 

Kənd sakinləri hərbi baza rəhbərliyindən üzr istənilməsini tələb ediblər.

Beləliklə baza rəhbərliyindən Aleksey Polyuxoviç üzr istəyib və belə hadisələrin təkrarlanmayacağına söz verib.

 

Polyuxoviç həmçinin daxili araşdırmanın başlanıldığını və günahkarların cəzalandırılacağını da bildirib.

Qeyd edək ki, Ermənistan baş nazirinin mətbuat katibi Arman Eqoyan bu hadisənin Nikol Paşinyanın diqqət mərkəzində olduğunu bəyan edib.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi