22 mart 2019, Cümə
Ana Səhifə - MƏDƏNİYYƏT - Bölgələrimizdə yerli və xarici turistləri “soyurlar”
Bölgələrimizdə yerli və xarici turistləri “soyurlar”
18.07.2018, 16:47

Hazırda Azərbaycanın əksər turizm bölgələrindəki istirahət mərkəzləri “qaynayır”. Bu istirahət məkanları xarici turistlərin hesabına necə deyərlər, qaz vurub qazan doldurular. İş o yerə çatıb ki, yerli turistlər kirayə evlər, hotellərdə boş nömrələr tapmaqda çətinlik çəkirlər. Müştəri çoxluğu həmçinin xidmət sahəsindəki nöqsanları də ortaya çıxarıb. Tələbatın artması qiymətlərin yüksəlməsinə təsir etməklə yanaşı, turistlərin aldadılması hallarına da yol açıb. Bəzi regionlardakı iaşə obyektlərində, restoranlarda yerli və əcnəbi turistlərə elə qiymətlər oxuyurlar ki, ora getdiyinə peşman olursan.

Bu cür halların qarşısı  alına bilərmi? İstehlakçılar  süni qiymət artımı ilə necə mübarizə aparmalıdır?


“5  manata  satılan xidmətin  1 manatlıq dəyəri yoxdur”

Azərbaycan Turizm Assosiasiyası (AzTA) sədrinin müşaviri Müzəffər Ağakərimov  Modern.az saytına deyib ki, ilk növbədə turizm obyektlərinin reyestr məsələsi ortalığa qoyulmalıdır:


“Yəni monitorinqlər aparılmalıdır. Bu zaman həmin yüksək qiymətə satılan malların keyfiyyətə uyğun olmadığı müəyyən edilərsə, o vaxt iradlar tutulur və iddialar verilir. 5 manata satılan xidmətin heç 1 manatlıq dəyəri yoxdur. Belə olan halda bu, qeyd olunur və ictimailəşdirilir. Təəssüf ki, bizdə həm turizm şirkəti, həm də otellərin dəqiq siyahısı yoxdur. Lisenziyanın ləğvindən sonra bu məsələlərdə problemlər yaranıb. Ona görə də bu sahədə mütləq nəzarət mexanizmi olmalıdır. Töviyələr, məsləhətlər verilməlidir. O insanlar idarəçiliyi, menecmenti  zəif bildiyinə görə bəlkə də bilərəkdən, ya da bilməzlikdən  süni qiymət artımına yol verirlər”.

Ekspert qeyd edib ki,  rəqabətin güclü olması üçün mütləq həmin  regionlarda, o cümlədən Bakıda ucuz turizm obyektləri fəaliyyət göstərməlidir:

“1 və 2 ulduzlu otellər, restoranlar açılmalıdır. Belə olan zaman həmin obyektlər  rəqiblərinin olduğunu görəndə istər-istəməz qiymətləri aşağı salıb, xidmət keyfiyyətini qaldırmalıdır. Bunu etməsələr onlar müflisləşəcəklər.

Həmçinin, regionlarda xidmət səviyyəsi zəif olduğuna görə, həm Azərbaycan Turizm və Menecment Universiteti, həm də turizm assosiasiyaları tərəfindən həmin yerlərdə fəaliyyət göstərən obyektlərin sahibləri, menecerləri ilə müqavilə əsasında treninqlər keçirilməlidir.  Göstərilən xidmət aşağı olduğu halda yüksək qiymət alındığına görə şikayətlər də çoxdur, narazılıqlar da yaranır.  Onların təqdim etdiyi ərzaqların keyfiyyətinə nəzarət olmalıdır. Təsəvvür edin, bəlkə yüksək qiymət qarşılığında sizə ucuz ərzaq təklif edirlər. Məsələn, kənd yumurtası,  təbii bal olduğunu desələr də, sıradan məhsullar verildiyini görürsən.  Əgər yüksək qiymətlər varsa, yüksək səviyyəli də məhsullar olmalıdır”.

“Azərbaycanda istirahət etmək xaricdən baha başa gəlir”

M.Ağakərimov bildirib ki, qiymətlə bağlı əsasən Qəbələ, Şəki zonasında narazılıqlar var:


“Həmin bölgələrdə qiymətlər baha olduğu üçün aztəminatlı insanlar, tələbələr, gənc ailələr istirahət üçün ora gedə bilmirlər. Turistlər çoxaldıqca, ucuz otellərin sayı artmalıdır. O zaman görək necə süni artıma yol verəcəklər?  Qazanmaq olar - 3 manata aldığını 4-5 manata sat . Bunun işıqpulusu, vergisi var. Lakin 3 manata aldığını 23 manata satmaq düzgün deyil. Birdən-birə varlanmaq eşqindən imtina edib, dövriyyədən qazanmaq lazımdır.

İndi Azərbaycanda istirahət etmək xaricdən daha baha başa gəlir. Ona görə yerli əhali qonşu ölkələrə - Batumiyə, İran, Türkiyənin müxtəlif yerlərinə  üz tutur. Təəssüf edirəm ki, regionlardakı turizm menecerləri, sahibkarlar reallıqdan uzaqdırlar. Halbuki, Azərbaycanda daxili turizmin inkişaf etməsi həm yeni iş yerləridir, həm də iqtisadiyyata köməkdir”.

“İstehlakçı hüquqlarını qoruyan qurumlar  zəifdir”

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məsələyə münasibət bildirərkən  deyib ki, azad bazar iqtisadiyyatı şəraitində qiymətlərə heç kəs müdaxilə etməməlidir:

“Yalnız dövlət və hökümət elə funksiyalar yerinə yetirməlidir ki, ölkədə azad, yüksək rəqabətli bazar mühiti yaransın. Təəssüf ki, belə deyil. Üstəlik istehlakçı hüquqlarını qoruyan qanunlar və bunu yerinə yetirən dövlət orqanları zəifdir və ya yox dərəcəsindədir. Ona görə də hər həftə mənə şişirdilmiş qiymətlərlə bağlı ölkənin müxtəlif yerlərindən bir-iki telefon zəngi gəlir. İstənilən qurum istənilən qiyməti istehlakçıya deyə bilər. Lakin bu, öncədən menyuda yazılmalı, istehlakçı o qiyməti bilməlidir”.

Müsahibimizin sözlərinə görə,  qiymətlərlə əlaqəli Azərbaycanda anormal vəziyyət  müşahidə edilir:

“Məsələn, Bulvarda  çayı mürəbbəsiz vermirlər. Şəhərin başqa yerində üzü dənizə oturmaq üçün əlavə pul alırlar. Yaxud ötən həftə Qəbələnin “Xanlar” restoranından telefon zəngi gəlmişdi ki, az miqdarda kabab verilsə də, ikiqat artıq pul alırlar. Onların hesablaması ilə qoyun ətinin kilosu 40 manata başa gəlir. Bu cür qiymətlər formalaşır, əhalinin rəğbətini qazanıb daha sonra istehlakçıdan çoxlu pul alırlar. Təbii, bu, anormal haldır. Bu da daxili turizmin inkişafına ciddi ziyandır.

Qiymət formalaşmasında sahibkar nə qədər sərbəst olsa da, istehlakçı hüquqları öndə dayanmalıdır. Təəssüf ki,  bu kimi şikayətləri dövlət orqanlarına göndərəndə heç bir müsbət nəticə əldə edə bilmirik.

Bütün hallarda istehlakçı qarşı tərəfdən kassa çeki alsın. Və xidmət göstərəndən elə bir sənəd alınmalıdır ki, orda menyudakı yeməklərin qramları göstərilsin. Bundan sonra Azad İstehlakçılar Birliyinə müraciət olarsa, biz istehlakçıların hüquqlarını qorumağa hazırıq”.


Günay RƏSULQIZI
Xəbərin müəllifi
xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Fransada etirazçılar güllələnə bilər
22.03.2019, 22:01

Fransada etirazçılar güllələnə bilər

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü
22.03.2019, 21:44

Mülki vertolyotun qəzaya uğraması nəticəsində iki nəfər öldü

Ayfon istifadəçiləri üçün yenilik
22.03.2019, 21:26

Ayfon istifadəçiləri üçün yenilik

Turistləri daşıyan avtobus yandı
22.03.2019, 21:11

Turistləri daşıyan avtobus yandı

ABŞ-dan İrana qarşı yeni sanksiyalar
22.03.2019, 20:53

ABŞ-dan İrana qarşı yeni sanksiyalar

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR
22.03.2019, 20:46

Adil Əliyev Bakı məktəbi ilə “qardaşlaşan” Ankara məktəbinə getdi - FOTOLAR

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO
22.03.2019, 20:38

Ağakərimin müalicədən sonra yeni görüntüsü yayıldı - FOTO

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ
22.03.2019, 20:28

Azərbaycan qazının Avropaya nəqlində növbəti mərhələ

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu
22.03.2019, 20:16

Suriyada onlarla insanı qətlə yetirən şəxs tutuldu

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu    
22.03.2019, 20:15

“Türk Dünyasına xidmətlərinə görə” mükafatlandırılanlar məlum oldu  

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI
22.03.2019, 20:00

Azərbaycanda böyrək köçürülənlərin sayı AÇIQLANDI

İran XİN başçısı Türkiyəyə getdi
22.03.2019, 17:29

İran XİN başçısı Türkiyəyə getdi

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi
22.03.2019, 16:59

Nazirlik sudan istifadə ilə bağlı əhaliyə xəbərdarlıq etdi

Axtarışda olan şəxs saxlanıldı
22.03.2019, 16:01

Axtarışda olan şəxs saxlanıldı

Balakən sakininin evindən silah və narkotik tapıldı
22.03.2019, 15:26

Balakən sakininin evindən silah və narkotik tapıldı

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı
22.03.2019, 15:00

Niderlandda nanotexnologiya şirkət yaradan azərbaycanlı

Azercell əmək sərgisində
22.03.2019, 14:48

Azercell əmək sərgisində

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi
22.03.2019, 14:12

Ərdoğan Trampın Colan təpələrinə dair bəyanatını sərt tənqid etdi

Sabahın hava PROQNOZU
22.03.2019, 13:23

Sabahın hava PROQNOZU

I qrup əlillərə Prezident təqaüdü veriləcək
22.03.2019, 13:19

I qrup əlillərə Prezident təqaüdü veriləcək

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı
22.03.2019, 13:16

Mart ayı üzrə ünvanlı sosial yardımların ödənişi başa çatdırıldı

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi
22.03.2019, 12:59

Pakistan Prezidenti Qarabağla bağlı Ermənistana mesaj verdi

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir
22.03.2019, 12:54

Rəsmi Bakı Argentina ilə əlaqələri genişləndirmək istəyir

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ
22.03.2019, 12:16

Rusiyanın Yunanıstandakı səfirliyi qarşısında PARTLAYIŞ

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib
22.03.2019, 12:13

Taleh Bağırovun həyat yoldaşı həbsxanaya telefon keçirməyə cəhd edib

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...
22.03.2019, 12:03

Ötən il Azərbaycanda açılan iş yerlərinin sayı...

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”
22.03.2019, 11:34

İlham Əliyev: “Azərbaycan ilə Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir”

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür
22.03.2019, 11:11

Azərbaycan və Ekvador arasında diplomatik münasibətlərin qurulmasından 15 il ötür

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”
22.03.2019, 10:54

General Samvelin qalmaqallı Qarabağ “konsepsiyası”

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı
22.03.2019, 10:16

Çində kimyəvi zavodda partlayış - 47 ölü, 640 yaralı

Deputat Novruz Aslanov doğum gününü qeyd edir   
22.03.2019, 10:16

Deputat Novruz Aslanov doğum gününü qeyd edir  

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü
22.03.2019, 10:07

Goranboyda dəhşətli qəza – 2 nəfər yanaraq öldü

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi
22.03.2019, 10:03

Zakir Həsənov pakistanlı həmkarı ilə hərbi əməkdaşlığı müzakirə etdi

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR
22.03.2019, 09:44

Şamaxıda partlamamış hərbi sursat tapıldı - FOTOLAR

Qarabağ cəbhəsində şiddətli atışma oldu
22.03.2019, 09:41

Qarabağ cəbhəsində şiddətli atışma oldu

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB
22.03.2019, 01:53

Azərbaycan Xorvatiya ilə oyunda uduzdu - YENİLƏNİB

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB
21.03.2019, 23:41

İraqda bərə qəzası: ölü sayı 85-ə çatdı - YENİLƏNİB

NATO-nun baş katibi Gürcüstana gəlir
21.03.2019, 23:24

NATO-nun baş katibi Gürcüstana gəlir

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi
21.03.2019, 23:01

Güclü duman Biləsuvarda hərəkəti çətinləşdirdi

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb
21.03.2019, 22:43

Azərbaycan və Xorvatiya  milli komandalarının start heyətləri açıqlanıb

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər
21.03.2019, 22:30

Avropa İttifaqı “Brexit”lə bağlı təcili toplana bilər

Ziya Məmmədov villasını satışa çıxardı
21.03.2019, 22:14

Ziya Məmmədov villasını satışa çıxardı

Xəzərdə 4.5 ballıq zəlzələ oldu
21.03.2019, 21:45

Xəzərdə 4.5 ballıq zəlzələ oldu

Rusiyadan NATO açıqlaması
21.03.2019, 21:24

Rusiyadan NATO açıqlaması

Bakıda mebel sexi yanıb
21.03.2019, 21:10

Bakıda mebel sexi yanıb

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO
21.03.2019, 20:52

Kamil Zeynallı azadlığa buraxılıb - VİDEO

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”
21.03.2019, 20:34

XİN bəyanat yaydı: “İşğalçı Ermənistan qüvvələri Azərbaycan ərazilərindən dərhal çıxarılmalıdır”

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət
21.03.2019, 20:18

FHN-dən Bakı Nəqliyyat Agentliyinin açıqlamasına münasibət

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi
21.03.2019, 18:05

Kamçatkada Azərbaycan diasporu Novruz bayramı keçirdi

Əsgərlərin Novruz bayramı - FOTOLAR
21.03.2019, 17:21

Əsgərlərin Novruz bayramı - FOTOLAR

ARXİV