Modern.az

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ: “Radarlar heç kimə fərq qoymayacaq”

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ: “Radarlar heç kimə fərq qoymayacaq”

Aktual

18 İyul 2018, 16:52

Texniki baxışdan keçməyən nəqliyyat vasitələrinin sürücüləri barəsində elektron qərar qəbul ediləcək. Bununla bağlı qanunvericilikdə dəyişiklik edilib.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov  Modern.az saytına məlumat verib. O bildirib ki, qanun artıq bu gündən qüvvədədir:

“Texniki baxışdan keçməyən nəqliyyat vasitələri barədə avtomatik qərar  qəbul ediləcək, artıq protokoldan söhbət getmir. Texniki baxışdan keçməyən avtomobil sürücüsü fikizi şəxsdirsə 50 manat, hüquqi şəxsdirsə 300 manat, vəzifəli şəxsdirsə 100 manat məbləğində cərimə olunur.  Qısa zamanda Bakı şəhərində quraşdırılmış kameralar vasitəsilə texniki baxışdan keçməyən avtomobillərin fotomaterialları çəkiləcək, onların sahibləri və ya sürücüləri məsuliyyətə cəlb ediləcək. Eyni zamanda, qərarlar əsasında 20 gün müddətində tədbir görülməsə, fotomateriallar yenidən çəkiləcək”.


Vaqif Əsədov qərarla əlaqədar təbliğat işinin yayılması məqsədilə sürücülərə bir daha xəbərdarlıq edib:


“Avtomobil sürücülərindən, sahiblərindən xahiş edirik ki, qanunvericilikdə nəzərdə tutulmuş tələblər üzrə  nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməsini təmin etsinlər. Əks halda, qeyd edildiyi kimi qanun qüvvəyə minib.  Bu artıq yol polisinin həmin nəqliyyat vasitəsini saxlaması deyil. Elektron quraşdırılmış kameralar, texniki vasitəslər qeydə alır və konkret  qərar qəbul edilir. Ölkə üzrə quraşdırılan bu kameralar sürücüləri “tanımır”.  Kimliyindən asılı olmayaraq nəqliyyat vasitəsinin dövlət nömrə nişanı üzrə onun sahibi barəsində müvafiq cərimənin ödənilməsi  ilə bağlı qərar qəbul edilir. Qəbul edilmiş qərarla əlaqəli 1 gün müddətində vətəndaşa məlumat verilir.  Elektron poçtu olan vətəndaş bunu dərhal biləcək. Bu baxımdan vətəndaş mərkəzi baza üzrə qeydiyyatda olan ünvanda yaşamalı və çalışmalıdır ki, ona göndərilən bildirişlər vaxtnda çatsın, cəriməsini ödəyə bilsin”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır