Modern.az

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi

“Avroviziya”ya ilkin razılıq verən ölkələr müəyyənləşdi

18 İyul 2018, 19:06

2019-cu ilin mayında İsraildə keçiriləcək “Avroviziya” mahnı müsabiqəsinə iştiraka ilkin razılıq verən ölkələrin yeni siyahısı açıqlanıb. Novator.az bildirir ki, iyulun 18-dək Almaniya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İsveç, İsveçrə, Kipr, Malta, Norveç, Polşa, San Marino, Serbiya, Ukrayna “Avroviziya 2019”da iştiraka hazır olduqlarını açıqlayıblar.

 

İctimai teleradioları cəmləşdirən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışının qaydaları qalibə növbəti müsabiqəni təşkil etmək hüququ verir. Portuqaliyanın paytaxtı Lissabonun ev sahibliyi etdiyi “Avroviziya 2018”də israilli müğənni Netta Barzilay qələbə çalıb.

 

İsrail hökuməti “Avroviziya 2019” üçün dörd şəhəri namizəd göstərib: Yerusəlim, Tel-Əviv, Hayfa, Eylat.

 

Yerusəlim (Qüds) işğal olunmuş şəhər sayıldığı üçün çox ölkə ehtiyatlı mövqe tutur, müsabiqənin dəqiq ünvanı ilə bağlı qərarı gözləyirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır