Modern.az

“Barselona”nın futbolçusu məscid tikdirəcək

“Barselona”nın futbolçusu məscid tikdirəcək

Aktual

18 İyul 2018, 19:27

 

Dünya çempionatının qalibi olan Fransa millisinin üzvü Usman Dembele xoşməramlı hərəkətilə diqqət mərkəzinə düşüb.

 

Modern.az  xəbər verir ki, əslən Mavritaniyadan olan gənc hücumçu çempionluğa görə aldığı mükafatla ana vətənində məscid tikdirəcək.

 

Məscid Dembelenin doğulduğu Cakili şəhərində inşa ediləcək.

 

Qeyd edək ki, Usman Dembelenin anası Mavritaniyadandır və Seneqal mənşəlidir. Atası isə Malidəndir. “Barselona”nın futbolçusunun özü isə Fransada doğulub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır