“Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin 20 illik fəaliyyəti ərzində 529 091 352 kv.m (52 909.13 ha) ərazi təmizlənib. Bu müddətdə 796 923 ədəd mina və partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib”. Modern.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) 20 illik yubileyinə həsr olunan tədbirdə çıxış edən qurumun direktoru Qəzənfər Əhmədov bildirib.
Qəzənfər Əhmədov qeyd edib ki, 1998-ci il 18 iyulda ANAMA-nın yaradılması Azərbaycanda mina və PHS probleminin həlli istiqamətində atılan ilk addım olub: "Hazırda ANAMA-nın milli potensialı humanitar minatəmizləmə üçün bütün əsas resurs və vasitələrə - minaaxtaranlara, minaaxtaran itlərə, mexaniki minatəmizləmə maşınlarına, regional bazalara, təlim mərkəzlərinə, təlim, tədqiqat və keyfiyyətin təminatı qurumuna, xüsusi əməliyyat və çevik əməliyyat qruplarına malikdir. ANAMA-nın Mina Təhlükəsinə dair Maarifləndirmə və Minadan Zərərçəkənlərə Yardım sahələrində də kifayət qədər təcrübəsi var”.
Tədbirdə çıxış edən BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai isə bildirib ki, ANAMA təkcə Azərbaycanda deyil, digər ölkələrdə də minatəmizləmə əməliyyatlarında fəal iştirak edir.
Qulam İshaqzai ANAMA-nın fəaliyyətini yüksək qiymətləndirərək qeyd edib ki, təmsil etdiyi təşkilat ANAMA ilə səmərəli əməkdaşlıq edir və bu əməkdaşlıq bundan sonra da davam edəcək.
Tədbirdə İordaniya şahzadəsi, Minalardan Təmizlənmə və Reabilitasiya üzrə İordaniya Milli Komitəsinin sədri Mired Raad Al-Hüsseyni də çıxış ediblər.
Qeyd edək ki, tədbirdə tədbirdə ANAMA-nın əməkdaşlıq etdiyi bir sıra hökumət qurumları, xarici ölkələrin Azərbaycanda akkreditasiya olunmuş səfirləri, hərbi attaşelər, beynəlxalq təşkilatların nümayəndələri və yüksək rütbəli xarici qonaqlar iştirak ediblər.
Tədbirin sonunda ANAMA barədə video-çarx nümayiş olunub.
Fətullah Gülən həbs edilib - İDDİA
Cəlilabadda daşqın: Kənd qəbiristanlığı su altında qaldı
Parisdəki aksiyada 26 nəfər saxlanıldı
27 illik Qaradağlı qətliamı: Bir gecədə 23 dinc sakin güllələndi
Təqaüdlərin artırılması ölkə rəhbərinin öz vətəndaşına münasibətinin nəticəsidir
Almaniya-Azərbaycan əməkdaşlığı müzakirə olundu
Gəncədə Mehriban Əliyevanın adından ehsan verilib - FOTOLAR
Bakı metrosunda bıçaqlanma
Leyla Əliyeva uşaqları ilə birgə festivala qatıldı - FOTO
Onun ölümünə teatrın divarları da aglayırdı - Dahi Ələsgər Ələkbərovla bağlı maraqlı XATİRƏ
ABŞ 4 ildə 12 min insanı qətlə yetirib
Sabiq nazirin bacısı “Brexit”lə bağlı canlı yayımda soyundu – VİDEO
Şəmkirdə yeniyetmə bıçaqlandı
İstanbulda daha bir yaşayış binası çökdü - VİDEO
Allahşükür Paşazadə də Moskvadakı davaya müdaxilə etdi - Tərəflər barışıq stolunda oturdu
“Münaqişənin genişlənməsinə imkan verilməyəcək” - RƏSMİ
“Şair olmaq bədbəxtçilikdir”
Rusiya azərbaycanlıları çeçenlərlə baş verən təxribatla bağlı bəyanat yaydı
Anaları azərbaycanlı, ataları banqladeşli olan amerikalı bacılar - FOTOLAR
Elmar Məmmədyarov ABŞ rəsmisi ilə Qarabağ münaqişəsini müzakirə etdi
İlham Əliyev Rusiyadakı azərbaycanlılarla bağlı vəziyyəti nəzarətə götürdü - VİDEO
Xəzərdə fəhlənin ölümü ilə bağlı cinayət işi başlanıldı
“Neftçi” yenə də xal itirdi
Rusiyada universitet binası uçdu: 21 tələbə dağıntılar altında - VİDEO
Ziyafət Əsgərov çeçenlərlə davadan danışdı: “Rusiyada bunu qızışdıran qüvvələr var”
Azərbaycan Xorvatiya əlaqələri müzakirə edildi
Dələduzluq maddəsi ilə 3 ildir axtarışda olan şəxs tutuldu
Bakıda silahlı şəxs saxlanıldı
DYP 50-dən çox piyadaya xəbərdarlıq etdi - FOTOLAR
Alimsayağı sual
Azərbaycanlılarla çeçenlər arasında insidentin videoyazısı təxribatdır - BƏYANAT
Elmar Məmmədyarov qırğızıstanlı həmkarı ilə görüşüb
Bakıda “Seyid” ləqəbli narkobaron saxlanıldı
Astarada 5 uşaq atası intihar etdi
Yol polisi avtobus sürücüsünün yerinə tələbəyə cərimə yazdı - RƏSMİ
Dünəndən bu günə Bakıya aylıq normanın 41 faizi qədər yağış yayıb
“Bu, bizim üçün qürurvericidir” – Çingiz Mehdiyev
Əbülfəs Qarayev Koventri Universitetində mühazirə dedi
Əfqanıstan müharibəsinin iştirakçısı “Döyüş əməliyyatı veteranı” medalı ilə təltif edildi
Prezident Siyavuş Novruzovla bağlı sərəncam verdi
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirildi
Baş nazirdən şadlıq evləri, marketlərlə bağlı qərar
Daha 318 şəhid vərəsəsinə 11 min manat veriləcək
Hava xəbərdarlığı - Bakıya sulu qar yağacaq, güclü külək əsəcək
Vüqar Hüseynov: “Fermerlərin siyahıları dəqiqləşdirilir, texniki hazırlıq işləri başa çatıb”
İnstitut: Şamaxıda vulkan püskürməyib, gil kütləsi üzə çıxır
İraq İrana neft ixracatını dayandırıb
Gimnastımız Dünya Kubokunun finalına çıxdı
ATƏT-in baş katibi Rusiyanın Qarabağ münaqişəsinin həllindəki rolundan danışdı
İsmayıllıda 16 min 500 manatlıq oğurluq edənlər tutuldu
Şərh yaz