Modern.az

Bu ölkə İrandan neft almayacaq

Bu ölkə İrandan neft almayacaq

İqtisadiyyat

19 İyul 2018, 10:45

Yaponiyanın neft şirkətləri İrandan idxal edilən neftdən tamamilə imtina etməyə hazırlaşırlar.

 

Modern.az Yaponiyanın aparıcı iqtisadi Nikkei qəzetinə istinadən xəbər verir ki, Yaponiyanın İrandan idxal edilən neftdən imtina etməsinə ABŞ-ın Tehrana qarşı sanksiyaları səbəb olub.

 

Nəşrin məlumatına görə İrandan idxal ediləcək neftin tam dayandırılması oktyabr ayına planlaşdırılıb.

Bu addımdan sonra xammal üçün Yaponiyanın BƏƏ və Səudiyyə Ərəbistanına müraciət edəcəyi hesab edilir.

 

Qəzetin məlumatına görə Yaponiyanın JXTG Holdings və Idemitsu Kosan kimi nəhəng neft emalı şirkətləri ABŞ-dan xəbərdarlıq alıblar. Onlar xəbərdarlığa görə 2018-ci ilin noyabrının əvvəlinə kimi bu ölkədən neft idxalına son qoymalıdırlar. Bu vaxtdan sonra irandan neft alacaq şirkətlər Vaşinqton tərəfindən külli miqdarda cəriməyə məruz qalacaqlar.

 

Bununla əlaqədar yapon bankları da neft şirkətlərini bu ölkəyə pul əməliyyatlarını dayandıracaqları barədə məlumatlandırıblar.

 

Qeyd edək ki, bu ilin mayın 8-də ABŞ prezidenti Donald Tramp ölkəsinin birtərəfli qaydada İranla imzalanmış nüvə razılaşmasından çıxdığını bəyan edib. Onun sözlərinə görə bu razılaşma İranın nüvə silahı əldə etmək şanslarını artırır. Razılaşmaya əsasən İran nüvə proqramına xarici ölkələrin nəzarət etmələrinə şərait yaradır əvəzində isə digər dövlətlərin tətbiq etdikləri sanksiyalar mərhələli şəkildə ləğv edilir. ABŞ bu razılaşmadan çıxması ilə əvvəlki sanksiyalarla yanaşı yenilərini də tətbiq edəcəyini bəyan edib. Razılaşmanın digər beş üzvü (Rusiya, Britaniya, Çin, Almaniya, Fransa) isə ona sadiq qaldıqlarını və İrana bu çətin məqamda yardım etməyə söz verib.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi