Modern.az

“Azərxalça” Günnüt kəndinin qədim xalçalarını aşkara çıxarıb

“Azərxalça” Günnüt kəndinin qədim xalçalarını aşkara çıxarıb

Aktual

19 İyul 2018, 10:49
İyulun 18-də Naxçıvan Dövlət Xalça Muzeyində “Azərxalça”nın hədiyyə etdiyi Günnüt xalçalarının təqdimatı olub.
 
 
Modern.az xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək deyib ki, bu gün keçirilən tədbir bir daha sübut edir ki, Azərbaycan xalqı öz tarixi köklərinə və mədəniyyətinə sahib çıxan xalqdır. Naxçıvan Dövlət Xalça Muzeyinə hədiyyə edilən Günnüt xalçaları bu kənddə yaradılmış mədəni irsimizin bir parçası olmaqla yanaşı, həm dətariximizi yaşadan eksponatlardır.
 
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, Naxçıvanda xalça sənətinin tarixi olduqca qədimdir. Bu sənət ibtidai formada olsa da, Neolit və Erkən Eneolit dövrlərində formalaşıb. I Kültəpə, Naxçıvantəpə vədigər arxeoloji abidələrdən tapılmış maddi-mədəniyyət nümunələri insanların xalçaçılıq sənəti ilə Neolit dövründən məşğul olduğunu göstərir. Vaxtilə ölkəmizdə bu sahəyə lazımi diqqət yetirilməyib. Ümummilli lider HeydəƏliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra mədəni irsimizin qorunmasına və inkişafına diqqət və qayğı artırılıb. Nəsildən-nəsləötürülərək günümüzə qədər gəlib çatan xalçaçılıq sənətinin unudulmaması, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə dövlət proqramının qəbul olunması muxtar respublikada bu sənətə göstərilən dövlət qayğısının nümunəsidir.
İsmayıl Hacıyev muxtar respublikada xalçaçılıq sənətinin inkişafına göstərilən diqqətə görə elm adamları adından minnətdarlığını bildirib.
 
“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri, professor Vidadi Muradov çıxış edərək deyib: “Beş minillik şəhər mədəniyyətinə malik olan ulu Naxçıvan Azərbaycanın, bütövlükdə, Qafqazın və dünyanın sivilizasiya marafonuna zəngin tarixi töhfələr verib. Naxçıvan qədim mədəniyyət mərkəzi olmaqla yanaşı, müasir dövrdə həm də öz inkişafı ilə seçilən bir diyara çevrilib.  Ulu öndər HeydəƏliyevin yolunu uğurla davam etdirən Azərbaycan Prezidenti cənab İlham Əliyevin böyük diqqət və qayğısı ilə muxtar respublikada nəhəng quruculuq işləri həyata keçirilib, bütün sahələrdə mühüm nailiyyətləəldə edilib. Bu qədim diyarımızda biz hər il yeni-yeni uğurların, böyük tarixi hadisələrin şahidi oluruq. 2018-ci il də mühüm tarixi hadisələrin baş verdiyi dövr kimi yadda qalacaqdır. Naxçıvan şəhəri İslam mədəniyyətinin və gənclərin paytaxtı missiyasını uğurla davam etdirir.  
 
Bu il muxtar respublikada əldə olunan, bütün Azərbaycan xalqını sevindirən mühüm nailiyyətlərdən biri də Əlahiddə Ümumqoşun Ordusunun Günnüt kəndini işğaldan azad etməsidir. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın tarixi torpaqlarına böyük qayıdışın başlanğıcı aprel döyüşləri zamanı işğaldan azad edilən Cocuq Mərcanlı, davamı Günnütdür. Şübhəsiz ki, yaxın gələcəkdə şanlı Azərbaycan ordusu düşmən tapdağındakı digər torpaqlarımızı da işğaldan azad edəcək,  qüdrətli dövlətimiz Günnütü də Cocuq Mərcanlı kimi ölkəmizin abad kəndlərindən birinə

...

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir