Modern.az

Qarpızın qiyməti düşəcək - SƏBƏB  

Qarpızın qiyməti düşəcək - SƏBƏB   

19 İyul 2018, 11:04

Son günlər mövsümün ən çox tələb olunan bostan bitkisi qarpızın qiyməti ucuzlaşmaq əvəzinə bahalaşır… Ötən ilin anoloji dövründə kiloqramı 20-25 qəpiyə təklif edilən qarpız bu il 50-60 qəpiyədir. Satıcılar isə alıcılara qarpız-yemiş mövsümünün tez sovulacağı, qiymətinin kəskin bahalaşacağı haqda məlumat verirlər.


Kənd təsərrüfatı üzrə araşdırmaşı jurnalist Nicat Nəsirli Modern.az-a deyib ki, hazırda sahələrdə qarpızın 1 kiloqramı 45-55 qəpiyə satılır:


“Topdansatış yerlərində diametrindən asılı olaraq 50-65 qəpikdir. 
Amma bu müvəqqəti gərginlikdir. Hazırda satışda olan məhsul örtükaltında (istixana kimi başa düşün) yetişdirilib, təxminən bir həftədən sonra açıq sahələrdəki qarpız yetişəcək.

Açıq sahədə qarpız kütləvi yetişdiyi üçün iyulun sonu-avqustun əvvələri qiymətlərin sabitləşməsini görəcəyik”.


O, bildirib ki, bu gün satışda olan məhsulun böyük əksəriyyəti Salyandan gətirilir:

“Məncə, qarpız həvəskarları iştahlarını avqusta saxlasınlar. Əslində, qarpızın təbii yolla yetişmə dövrü avqust ayıdır”.

N.Nəsirli qarpız sevərlərdən məsləhətlərini də əsirgəməyib:

“1.Qarpızın kəsilərək alınması məsləhət deyil. Çünki istifadə olunan bıçaq sanitariya-gigiyena qaydalarına uyğun təmizlənmir.
2. Qarpız öz mövsümündə  - avqustdan sentyabrın ortalarına kimi yeyilməlidir. Dərmanla yetişmiş məhsul nişasta qoxusu verir, diqqət edin”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir