Modern.az

5 min yaşı olan qədim tikililər aşkarlandı

5 min yaşı olan qədim tikililər aşkarlandı

19 İyul 2018, 12:22

İrlandiyada Dublindən 40 km aralıda “Bru-na-Boyn” arxeoloji kompleksində ikinci “Stounxec”in izləri tapılıb.

 

Modern.az Daily Mail nəşrinə istinadən xəbər verir ki, bu tapıntının 5 min il əvvələ aid olduğu ehtimal edilir.

Tapıntının diametri 150 metr olub içərisinə bir neçə min nəfər sığa bilər.

 

Bu tapıntının aşkarlanmasına güclü istilər səbəb olub. Belə ki, anormal istilərlə əlaqədar Sahənin üzərindəki ot günəşdən quruyub, amma xarabalıqların kölgəsindəki otlar yaşıl qalıb. Nəticədə tikilinin tam mənzərəsi peyda olub. Arxeoloqlar bu gözəl mənzərəni dron vasitəsi ilə qeydə alıblar.

 

Bu tikilini Britaniyadakı oxşarından bir neçə özəllik fərqləndirir. Belə ki. Buradakı çevrə cüt şəkildə düşülmüş ikiqat şəkildə tikilib.

 

Əvəz ZEYNALOV

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı