Modern.az

Adnanın şər yuvası

Adnanın şər yuvası

19 İyul 2018, 12:59

Bu adamın söylədikləri yəqin ki, yadınızdadır. O öz TV-sində belə dedi:

- Biz ermənilərlə qardaşıq, dostuq. O şeytanlar (Azərbaycanlıları nəzərdə tutur) aramıza girdi.

Belə alçaq, şərəfsiz sözlərin sahibi Adnan Oktardır. Hə, bu günlərdə həbs olunan Adnan Oktar. Elə bu başdan qeyd edək ki, tərbiyəsiz adam bir zamanlar Azərbaycana baş vurmuşdu. İstanbuldakı... xanasına yeni, gözəl qızlar cəlb etmək  niyyəti ilə. Çabaları boşa çıxdı. Əliboş döndü və bizə düşmən kəsildi.

Adnan Oktar Türkiyənin ünlü iş adamlarından sayılırdı. Lüks villaları, evləri, televiziya kanalı, qızlardan ibarət gözəllər ordusu əlinin altında idi. Fantastik səviyyədə maliyyə imkanları, nüfuzu günbəgün artırdı. Onun əhatəsi, qorunma gücü bəzi yüksək rütbəli dövlət məmurlarından daha etibarlı idi. Və indi məlum olur ki, Adnanın pulları İsrail və ABŞ-dan gəlirmış. Nədən? Belə məlum olur ki, bu əxlaqsız həm də casusluqla məşğul olurmuş.

İstanbul polisinin keçirdiyi əməliyyat zamanı “gözəllər ordusu”, silah cəbbəxanası, küllü miqdarda pullar, sənət əsərləri, qiymətli əşyalar, daha nələr və nələr aşkara çıxdı. “Kedilərim”-(pişiklərim) dediyi qızlar bosslarına, sahiblərinə hələ də inanırlar. Qaçıb canını qurtaranlar isə yeni-yeni faktlarla polisə axın edirlər. Azyaşlı qızların bu şər yuvasına cəlb olunmalarından, onlara təcavüz edildiyindən danışırlar. Qızların ailələrdən zorla alınmalarından, qaçırılmalarından etdikləri söhbətlər insanı dəhşətə gətirir. Bir sözlə, bu adam bir zamanlar İstanbul fahişəxanalarının sahibəsi, erməni qadını Manukyanın solğun variantıdır. Dövlət məmurları, sənətçilər, siyasət dünyası tərəfindən diqqətə alınan füqurdur. Yəni çoxlarının bu əxlaqsız adama işi düşürmüş. Hətta Türkiyə Prezidentinin yeni saraya dəvət olunan hörmətlılər arasında... Adnan Oktar da olurdu.

Qızlarla canlı yayımda əcaib-qəraib rəqslər edən 62 yaşlı bu şoğərib sultanlar kimi yaşayırdı və bunu hamının gözünə soxurdu. Qızların-pişiklərinin gözəlliyi ilə nəşələnir, əl çalır özünü unudurdu. Əlbəttə, qonaqları da çox olurdu. Elə villa-studiyasına dəvət etdiyi erməniyə bizim barəmizdə necə hürdüyünü nəzərinizə çatdırdıq.

Məsələ bundadır ki, bu Adnan dəfələrlə həbsə alınıb. Məhkəmə qarşısına çıxarılıb. Amma hər dəfə o dediyimiz dairələr daxildən və xaricdən onu qoruyub, xilas edib. Əlbəttə, Türk siyasətində dəbdə olan “kaset şantajı” öz aktuallığını həmişə qoruyur. Deyilənə görə Adnan o kasetləri xarici ölkələrdə saxlayır və bu çoxlarının kürkünə birə salıb. Polis isə villanın, evlərin həmdəvərində gizlədilmiş yüz milyonlarla ABŞ dollarını axtarır.

Hə, bu adam da FETÖ-yə qarışdırıldı. Dünənə qədər sultanlar kimi yaşayan, saraylara dəvət olunan Adnan bu gün polis dəhlizlərində sürünür. Nə silahlı qorumaları, nə pişikləri, nə milyonları... onu xilas edə bilmır.

Deməli haram, əyri, cirklli əməllərlə yığılan var-dövlət bir gün sahibinin başına uçurmuş.

Daha nələrin üzə çıxacağı hər kəsi maraqlandırır. İstanbul polisi gecə-gündüz calışır. Ailələr isə ayaqdadır. Övladlarının həyatını qaraldan bu şeytanın alacağı cəzanı gözləyirlər.

 

Hidayət Elvüsal

 

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər