Modern.az

Havalar pisləşəcək - Güclü külək, yağış, leysan, dolu... - XƏBƏRDARLIQ

Havalar pisləşəcək - Güclü külək, yağış, leysan, dolu... - XƏBƏRDARLIQ

19 İyul 2018, 13:02

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti həva şəraitilə bağlı xəbərdarlıq edib.

Qurumdan Modern.az-a bildirlib ki, iyulun 20-si axşamdan 23-ü gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin güclənəcəyi gözlənilir.


Azərbaycan rayonlarında
iyulun 20-si axşamdan 24-ü axşamadək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi,şimşək çaxacağı ehtimalı var. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi ehtimal olunur.

 

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir