Modern.az

Taxıl sahəsini qəsdən yandıran şəxs saxlanılıb

Taxıl sahəsini qəsdən yandıran şəxs saxlanılıb

Aktual

19 İyul 2018, 17:32

İyulun 19-da saat 4.30 radələrində Göyçay rayonunun İncə kəndi ərazisində taxılı biçilmiş 20 hektar sahə yandırılıb.

DİN-dən Modern.az-a verilən məlumata görə, dərhal hadisə yerinə gəlmiş FHN-in Dövlət Yanğından Mühafizə Hissəsinin və Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən təhlükəsizlik tədbirləri görülüb, yanğın söndürülərək daha geniş əraziləri əhatə etməsinin qarşısı alınıb.

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yanğını törətməkdə şübhəli bilinən kənd sakini Gündüz Hacıyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.

 

Araşdırmalar zamanı G.Hacıyevin həmin ərazini qəsdən yandırdığı müəyyən edilib və o, törətdiyi əməli etiraf edib.

Faktla bağlı Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?