Modern.az

Bakıda tanışını öldürən şəxsə 5 il cəza verildi

Bakıda tanışını öldürən şəxsə 5 il cəza verildi

Aktual

19 İyul 2018, 17:57

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda qətl törətməkdə təqsirləndirilən Sabit Bağırovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

 

Modern.az-in məlumatına görə, hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 5 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, ötən ilin may ayında Bakının Nizami rayonu, Babək prospektindəki kafelərdən birinin qarşısında Ağsu rayon sakini Sabit Bağırov mübahisə zəminində tanışı, Bakı şəhər sakini Valeh Heydərova bıçaqla xəsarət yetirib. Xəstəxanaya aparılan V.Heydərov yolda dünyasını dəyişib.

 

Hadisədən sonra Nizami rayon 23-cü polis bölməsinin əməkdaşları S.Bağırovu saxlayaraq istintaqa təhvil veriblər.

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir