Modern.az

YUĞ Dövlət Teatrının yeni direktoru kollektivə təqdim edilib

YUĞ Dövlət Teatrının yeni direktoru kollektivə təqdim edilib

19 İyul 2018, 18:02

Mədəniyyət nazirinin müvafiq əmri ilə Sumqayıt Dövlət Dram Teatrının sabiq direktoru İslam Həsənov YUĞ Dövlət Teatrına direktor təyin olunub.

Modern.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin İncəsənət şöbəsinin müdiri İsmayıl Hüseynov İslam Həsənovu kollektivə təqdim edib. Nazirliyin rəsmisi çıxış edərək İslam Həsənovu bu təyinat münasibətilə təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb. İsmayıl Hüseynov YUĞ Teatrının Azərbaycan mədəniyyətində tutduğu yerdən danışıb və ölkədəki bütün teatr-tamaşa müəssisələri kimi, öz fərqli sənət yolu olan bu teatrın dövlətin himayəsində olduğunu bildirib.


Diqqətə çatdırılıb ki, İslam Həsənov uzun illər bu sahədə çalışan, teatr sənətini sevən və onun sirlərinə bələd olan bir insandır. İslam Həsənov 1965-ci ildə Lənkəran şəhərində anadan olub, 1982-1988-ci illərdə M.A.Əliyev adına İncəsənət İnstitutunda təhsil alıb. 1990-1992-cı illərdə “Meydan” teatr-studiyasında aktyor işləyib. 1991-1992-ci illərdə Azərbaycan Televiziya və Radio Verilişləri Şirkətində aparıcı və redaktor işləyib. 1992-2007-ci illərdə Azərbaycan Teatr Xadimləri İttifaqında İnformasiya Mərkəzinin rəhbəri olub. 2007-2014-cü illərdə N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında, 2014-2018-ci illərdə Sumqayıt Dövlət Musiqili Dram Teatrında direktor vəzifəsində çalışıb.


Daha sonra çıxış edən İslam Həsənov təyinata görə minnətdarlığını bildirib. O, qeyd edib ki, YUĞ Teatrı mənə doğma bir teatrdır. Çünki gözümüzün qabağında yaranıb və formalaşıb. Allah rəhmət eləsin, Vaqif müəllimə. O dövlər bizim hamımız bu teatra maraq göstərirdik. YUĞ Teatrı öz estetikası, fərdi üslubu ilə seçilir. Biz də çalışacağıq ki, bu teatrın fərqliliyini qoruyub saxlayaq və fəaliyyətini uğurla davam etdirək.  


Qeyd edək ki, bundan əvvəl YUĞ teatrında direktor əvəzi vəzifəsini Kukla Teatrının direktoru Rəşad Əhmədov icra edirdi. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir