Modern.az

Tramp Putini HƏDƏLƏDİ: Ən qatı düşməni olacam”  

Tramp Putini HƏDƏLƏDİ: “Ən qatı düşməni olacam”   

20 İyul 2018, 10:36

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə münasibətlərinin alınmayacağı təqdirdə bunun pis nəticələnəcəyini vurğulayıb.

 

Modern.az CNBC kanalına istinadən xəbər verir ki, Tramp kanala müsahibəsi zamanı Putinlə münasibətlərin alınmayacağı təqdirdə onun ən qatı düşməni olacağını bildirib.

Tramp həmçinin indiyə kimi özünün Rusiyaya ən sərt mövqe göstərmiş prezident olduğuna diqqət çəkib və yenə də sələfi Barak Obamaya sataşıb. O, Obamanı “Rusiyanın əlində kötəklənən uşaq” adlandırıb.

 

“Mən ABŞ prezidentləri içərisində Rusiyaya uzun müddət ən sərt mövqe göstərmiş prezidentəm. Hətta bu günə kimi olduğundan daha sərt mövqe deyərdim. Sanksiyaları, ölkədən çıxarılmış diplomatları və ümumiyyətlə etdiyim hər şeyi yada salın. Bu günə kimi bu qədərini edən olmayıb. Rusiya və prezident Putinlə münasibətlərin yaxşılaşması yaxşı bir şey olacaq. Yox əgər alınmasa, mən onun ən qatı düşməni olacağam” – Tramp xəbərdarlıq edib.

 

Tramp həmçinin, Almaniya ilə münasibətlərinin sərtləşməsinə də toxunub. O, “Şimal axını 2” boru kəmərinin çəkilişinə diqqət çəkərək, bunun qəribə vəziyyət olduğunu vurğulayıb. Almaniyanın Rusiyadan qaz aldığına və buna görə də ona milyardlarla dollar pul ödədiyinə diqqət çəkən ABŞ prezidenti “biz isə Almaniyanı Rusiyadan qoruyuruq” – ifadəsini işlədib.

 

Qeyd edək ki, iyulun 16-da Helsinkidə ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putin arasında ilk dəfə ikitərəfli görüş olub. Prezidentlər bağlı qapılar arxasında yalnız tərcüməçilərin iştirakı ilə danışıqlar aparıblar. Görüşdə nüvə silahlarının azaldılması, Ukrayna, Suriya, siyası məhbuslar və sair məsələlər müzakirə olunub.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı