Modern.az

Bakıda ağır yol qəzası - 13 nəfər yaralandı

Bakıda ağır yol qəzası - 13 nəfər yaralandı

20 İyul 2018, 10:52

Bakıda ağır yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə iyulun 19-da saat 11 radələrində Qaradağ rayonunun Lökbatan qəsəbəsi ərazisində baş verib.

Bakı şəhər sakinləri Şahbaz Dadaşovun idarə etdiyi “ZİL” və Vəli Cavadovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

Nəticədə V.Cavadovun 13 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan 12 nəfərinə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, 1 nəfərin vəziyyəti qənaətbəxşdir.

Qaradağ RPİ tərəfindən araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər