Modern.az

Skripal ailəsini zəhərləyənlər Britaniyanı tərk edib

Skripal ailəsini zəhərləyənlər Britaniyanı tərk edib

20 İyul 2018, 14:01

Britaniya polisinin müşahidə kameraları vasitəsi ilə müəyyən etdiyi Skripal ailəsinin zəhərlənməsində şübhəli bilinən şəxslər ölkədən qaçıb.

 

Modern.az CNN kanalına istinadən xəbər verir ki, şübhəlilərdən ən azı ikisinin ölkəni başqa adlardan istifadə edərək tərk etdiyi müəyyən olunub.

Onların ölkədən qaçdıqları iki səbəbdən ehtimal edilir. Belə ki, ilk olaraq Britaniyanın Kiprdəki hərbçiləri Moskvaya ünvanlanmış mesajı ələ keçirə biliblər. Mesajda həmin şəxslərin Britaniyadan qaçdıqları ilə bağlı xəbər yer alıb.

 

Həmçinin qaçanların həmin şəxslər olduqları hava limanlarındakı üz tanıma sistemi ilə təchiz olunmuş gizli kameraların köməkliyi ilə müəyyən olunub.

 

Qeyd edək ki, Britaniya polisi iki il davam edən ciddi araşdırma nəticəsində Sergey Skripal və onun qızı Yuliya Skripalın zəhərlənməsində şübhəli bilinən şəxslərin kimliyini müəyyən edə bilib. Polis müşahidə kameralarına düşmüş şəxsləri həmin dövr ölkəyə giriş etmiş bütün şəxslərlə qarşlaşdıraraq onların kimliyini müəyyən edə bilib. Polisin ilkin müəyyənləşdirməsinə görə onların Rusiya vətəndaşları olduqları məlum olub.

 

Əvəz ZEYNALOV

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı