2017-ci ildə sərnişinlərlə kobud davrandığı və yol verdiyi xətalara görə 154 sürücü işdən azad olunub. 2018-ci ilin 6 ayı ərzində isə 85 sürücü işdən kənarlaşdırılıb.
Modern.az-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında "BakuBus" MMC-nin direktor müavini Azər Qasımov deyib.
Qeyd edək ki, "BakuBus" MMC-nin istifadəsində 13 marşrut xətti var.