Modern.az

Ukrayna dəhşətli silahın istehsalına başlayır

Ukrayna dəhşətli silahın istehsalına başlayır

Dünya

20 İyul 2018, 16:08

Ukrayna yeni dəhşətli “RPV-16” reaktiv odsaçan qumbaraatanlarının istehsalına başlayacaq.

 

Modern.az “Ukroboronprom” dövlət konserninin rəsmi səhifəsinə istinadən xəbər verir ki, yeni 93 mm-lik “RPV-16” qumbaraatanının bir mərmisinin partlayış gücü artilleriya atəşinin gücünə bərabərdir.

 

“Kimyəvi maddələrin Dövlət Elmi-Araşdırma İnstitutu reaktiv piyada odsaçanlarının istehsalına başlayıb. Bu dövlət dəstəyi ilə Ukrayna qoşunlarına nəzərdə tutulmuş və onun üçün istehsal edilən termobarik silahdır” – konsernin rəsmi səhifəsində yerləşdirilmiş məlumatda qeyd edilib.

 

Bu silah daşına bilən, düşmənin hətta güclü sığınacaqlarda belə gizlənən canlı qüvvəsini məhv etməyə qadir qumbaraatandır. Həmçinin qeyd etmək lazımdır ki, bu silah həmçinin düşmənin yüngül texnikasını da 1 km məsafədə məhv edə bilər.

 

Silahın ilk sınaqları Ukrayna poliqonunda 2017-ci ildə keçirilib.

Qeyd edək ki, Rusiyanın Qoşunlarının silahlanmasında analoji “Şmel” reaktiv odsaçanları var. Bu silahlar hələ 1980-ci illərdən istehsal edilir və artıq bir neçə modifikasiyası mövcuddur.

 

Əvəz ZEYNALOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar