19 avqust 2018, Bazar
Ana Səhifə - GÜNDƏM - Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib 
Bakıda MDB Daxili İşlər Nazirləri Şurasının iclası keçirilib 
20.07.2018, 18:03

İyulun 20-də Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.

 

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, iclasda Belarus, Qazaxıstan, Qırğız, Moldova, Tacikistan, Özbəkistan respublikalarının, Türkmənistan və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin, MDB-nin İcraiyyə Komitəsinin, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıqla mübarizənin əlaqələndirilməsi üzrə Büronun, Beynəlxalq Kriminal Polis Təşkilatı – İnterpolun, BMT-nin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya regional qurumunun rəhbərləri və nümayəndə heyətləri iştirak ediblər.

 

Qonaqlar əvvəlcə Fəxri Xiyabana gedərək ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üstünə də tər çiçəklər qoyulub.

Nümayəndə heyətlərinin rəhbərlərini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva qəbul edib. Birinci vitse-prezident respublikanın ictimai-siyasi həyatının müxtəlif sahələrində aparılan islahatları və əldə olunmuş nailiyyətləri qonaqların diqqətinə çatdırıb, həmçinin Şuranın işini yüksək qiymətləndirərək fəaliyyətində uğurlar arzulayıb.

 

Həmin gün MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclası öz işinə başlayıb.

Tədbiri giriş sözü ilə açan Şuranın sədri, Tacikistan Respublikasının daxili işlər naziri, milis general-polkovniki Ramazon Raximzoda bu quruma rəhbərlik etdiyi bir il ərzində görülən işlər barədə məlumat verib.

MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə müvafiq olaraq Şuraya sədrlik Azərbaycan Respublikasınnın daxili işlər nazirinə həvalə olunub.

 

Sonra Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin tapşırığına əsasən dövlət başçısının iclasın iştirakçılarına ünvanladığı müraciəti səsləndirib. O, Şuranın üzv dövlətlərin ərazisində cinayətkarlığa qarşı mübarizədə davamlı səylərini, əldə etdiyi müsbət nəticələri, eyni zamanda hər bir ölkənin təhlükəsizliyi baxımından böyük və əhəmiyyətli işini xüsusi vurğulayaraq fəaliyyətində yeni nailiyyətlər arzulayıb.

Şuraya sədrlik edən Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari il sentyabrın 24-də Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və cinayətlərin digər təhlükəli növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun yaranmasının 25 illiyinin tamam olacağını diqqətə çatdıraraq bu yubiley münasibətilə həmin qurumun rəhbərliyini və əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.

 

Şuranın iclasında MDB-nin İcraiyyə Komitəsinin Departament direktoru, general-leytenant Albert Drujinin, İnterpolun Baş katibi Yurgen Ştok çıxış ediblər.

İclasın gündəliyində MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet məsələləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icrasının, terrorçu qruplaşmaların tərkibində silahlı münaqişələrdə iştirak edən şəxslərlə bağlı məlumat mübadiləsinin vəziyyəti, üzv dövlətlərin ərazisində kibercinayətlərin qarşısının alınmasında razılaşdırılmış hərəkət mexanizmləri, bu sahə üzrə ixtisaslı kadrların hazırlanması, elmi-praktik konfransların keçirilməsi və digər aktual məsələlər olub.

 

Bu istiqamətlər üzrə öz çıxışında ölkəmizin mövqeyini ifadə edən nazir Ramil Usubov cinayətkarlıqla mübarizənin aktual problemlərinə dair mütəmadi keçirilən belə görüşlərin müasir çağırış və təhdidlərin qarşısının alınmasında mühüm rolunu vurğulayıb. Respublikadakı kriminogen durum, həyata keçirilən tədbirlər barədə də iştirakçılara məlumat verib və bildirib ki, cinayətkarlığın qarşısının alınması və açılması işinin effektiv təşkili, ictimai asayişin və təhlükəsizliyin etibarlı təmini ölkələrimizin və xalqlarımızın mənafeyinə xidmət edir. Bu məqsədlərə çatmaq üçün birgə səylər daha da gücləndirilməli, məqsədyönlü və davamlı olmalıdır.

 

Nümayəndə heyətlərinin rəhbərləri gündəlikdəki məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, üzv dövlətlərin Daxili İşlər nazirliklərinin səmərəli əməkdaşlıq əlaqələrinin nəticəsi olaraq hər il ictimai rezonans doğuran yüzlərlə cinayət açılır, transsərhəd kriminal birliklər, o cümlədən ekstremist yönümlü cinayətkar qrup və dəstələr zərərsizləşdirilir, onlarla təhlükəli cinayətkar tutularaq ekstradisiya olunur. Bu istiqamətlərdə birgə razılaşdırılmış fəaliyyətin təşkilində və həyata keçirilməsində isə cinayətkarlıqla mübarizəyə, narkotiklərin qanunsuz dövriyyəsinə, terrorçuluq və ekstremizmin digər zorakı təzahürlərinə, qeyri-qanuni miqrasiyaya, insan alverinə qarşı dövlətlərarası proqramlar xüsusi yer tutur.

 

Dostluq və konstruktiv əməkdaşlıq şəraitində keçən toplantıda planlaşdırılan bütün məsələlər üzrə qərarlar qəbul edilib, eləcə də Şuranın növbəti iclasının gələn il Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilməsi təsdiqlənib.

Daha sonra iclas iştirakçılarının “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmasına dair Azərbaycan Respublikası daxili işlər nazirinin əmri elan olunub və general-polkovnik Ramil Usubov mükafatları təqdim edib.

 

İştirakçılar Şuranın iclasının işinə verdiyi ali qiymətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, habelə tədbirin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda keçirilən mətbuat konfransında nümayəndə heyətlərinin rəhbərləri jurnalistləri maraqlandıran sualları cavablandırıblar.

 

 


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Azərbaycan səmasında UNO görünüb?   
19.08.2018, 16:20

Azərbaycan səmasında UNO görünüb?  

Daha bir ölkədən Türkiyəyə dəstək      
19.08.2018, 16:04

Daha bir ölkədən Türkiyəyə dəstək    

Məşhur türkiyəli futbolçu soyuldu
19.08.2018, 15:48

Məşhur türkiyəli futbolçu soyuldu

Sabah ölkə ərazisində küləkli hava şəraiti davam edəcək
19.08.2018, 15:27

Sabah ölkə ərazisində küləkli hava şəraiti davam edəcək

23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"
19.08.2018, 15:07

23-qat olimpiya çempionu: "Güclü depressiyaya düşdüm"

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 357 nəfərə çatıb
19.08.2018, 14:50

Hindistanda daşqınlar nəticəsində ölənlərin sayı 357 nəfərə çatıb

İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir
19.08.2018, 14:39

İran turistlərin pasportlarına möhür vurmağı ləğv edir

Dəmirçi-Lahıc yolunda hərəkət tam olaraq məhdudlaşdırılıb
19.08.2018, 14:22

Dəmirçi-Lahıc yolunda hərəkət tam olaraq məhdudlaşdırılıb

Şimali Koreya icazə verdi: Yoxlayın
19.08.2018, 14:10

Şimali Koreya icazə verdi: Yoxlayın

“Taliban” Əfqanıstanın Faryab əyalətinin bir hissəsini ələ keçirdi
19.08.2018, 13:52

“Taliban” Əfqanıstanın Faryab əyalətinin bir hissəsini ələ keçirdi

ABŞ-da konsertdə konstruksiya aşdı  - 14 yaralı var
19.08.2018, 13:40

ABŞ-da konsertdə konstruksiya aşdı - 14 yaralı var

Azərbaycanın ilk Xalq şairi Mirvarid Dilbazir - Qadınlar arasında
19.08.2018, 13:17

Azərbaycanın ilk Xalq şairi Mirvarid Dilbazir - Qadınlar arasında

Türkiyə sahillərində güclü zəlzələ
19.08.2018, 13:03

Türkiyə sahillərində güclü zəlzələ

Lütfi Zadənin qəbirüstü abidəsi bu tarixdə tam hazır olacaq – “Son işlər gedir”
19.08.2018, 12:42

Lütfi Zadənin qəbirüstü abidəsi bu tarixdə tam hazır olacaq – “Son işlər gedir”

Qazaxa gedərkən itkin düşən qadın tapılıb
19.08.2018, 12:19

Qazaxa gedərkən itkin düşən qadın tapılıb

Siqaret çəkən valideynlər övladlarını bu cür məhv edirlər
19.08.2018, 12:08

Siqaret çəkən valideynlər övladlarını bu cür məhv edirlər

Azərbaycan və Çin üçüncü ölkələrdə birgə müəssisələr yarada bilərlər
19.08.2018, 11:39

Azərbaycan və Çin üçüncü ölkələrdə birgə müəssisələr yarada bilərlər

Azərbaycan nefti 73 dolları ötdü
19.08.2018, 11:25

Azərbaycan nefti 73 dolları ötdü

Elçibəyin oğlu əsəbləşdi: “Atamın adından saxta profil açıb....”
19.08.2018, 11:10

Elçibəyin oğlu əsəbləşdi: “Atamın adından saxta profil açıb....”

Messi tarixi qola imza atdı
19.08.2018, 10:48

Messi tarixi qola imza atdı

Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb
19.08.2018, 10:33

Lənkəran sakini sinəsinə dəryaz batması nəticəsində ölüb

İndoneziyada güclü zəlzələ olub
19.08.2018, 10:14

İndoneziyada güclü zəlzələ olub

Ronaldu “Yuventus”da ilk oyununda rəqibin burnunu sındırdı
19.08.2018, 10:00

Ronaldu “Yuventus”da ilk oyununda rəqibin burnunu sındırdı

Məmmədyarov supertunirə qələbə ilə başladı
19.08.2018, 09:49

Məmmədyarov supertunirə qələbə ilə başladı

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 87 dəfə pozub
19.08.2018, 09:33

Ermənistan silahlı bölmələri atəşkəs rejimini 87 dəfə pozub

İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq
19.08.2018, 09:20

İranda ölkəyə gələn xarici turistlərin pasportlarına möhür vurulmayacaq

Cəbrayılda görüşənədək...   
19.08.2018, 09:15

Cəbrayılda görüşənədək...  

ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir
19.08.2018, 00:47

ABŞ İrana görə İraqı sanksiyalarla təhdid edir

Gəncədə xəstəxanada yanğın
19.08.2018, 00:31

Gəncədə xəstəxanada yanğın

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində
19.08.2018, 00:13

Nazir icra başçısı ilə uşaqlar üçün günərzi qayğı mərkəzində

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək
18.08.2018, 23:57

“Qarabağ”ın oyununu avstriyalı hakimlər idarə edəcək

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı   
18.08.2018, 23:47

“Şollerin arxivi” bədii filmi daha bir uğur qazandı  

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir
18.08.2018, 23:43

Bu dairələrdə hərəkət qaydası dəyişdirilir

Fəhlə işləyən gənc faciəli şəkildə öldü
18.08.2018, 23:27

Fəhlə işləyən gənc faciəli şəkildə öldü

Azərbaycan nefti bir qədər də bahalaşdı
18.08.2018, 23:09

Azərbaycan nefti bir qədər də bahalaşdı

ARXİV