Modern.az

Paytaxtda ağır yol qəzası

Paytaxtda ağır yol qəzası

21 İyul 2018, 09:20

Gecə saatlarında paytaxtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bu haqda Modern.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. 

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda “Opel” və “Hyundai” markalı iki minik avtomobili toqquşub.
 
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Opel” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.
Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?