Modern.az

“Dəniz Kuboku”na hazırlıq işləri aparılır

“Dəniz Kuboku”na hazırlıq işləri aparılır

21 İyul 2018, 12:44

Beynəlxalq Ordu Oyunları çərçivəsində ölkəmizdə keçiriləcək “Dəniz Kuboku-2018” müsabiqəsinə hazırlıq məqsədilə Əməliyyat Baş İdarəsinin Naviqasiya və Kartoqrafiya İdarəsində zəruri planlaşdırma fəaliyyətləri icra olunub.

Bu haqda Modern.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. 

Tədbir zamanı dəniz poliqonlarının müəyyənləşdirilməsi, ərazinin naviqasiya avadanlığı vasitələri ilə təchizatı, müsabiqə keçiriləcək dəniz rayonlarında və akvatoriyalarda gəmi sürücülüyünün təhlükəsizliyinin təmin edilməsi üzrə kompleks tədbirlər yerinə yetirilib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?