Modern.az

ABŞ-dan Donbasla bağlı AÇIQLAMA: “Bu, referendum anlamına gəlmir”

ABŞ-dan Donbasla bağlı AÇIQLAMA: “Bu, referendum anlamına gəlmir”

21 İyul 2018, 14:03

ABŞ Rusiya prezidenti Vladimir Putinin Ukraynanın Donbas regionu ilə bağlı təklif etdiyi referendumu qəbul etmir.

 

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki,  bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Garrett Marquis açıqlamasında bildirib.

 

O qeyd edib ki, Ukraynanın şərqindəki Donbas bölgəsində problemin həlli istiqamətində Rusiya ilə ukraynalı səlahiyyətlilər arasında imzalanan müqavilələr referendumun keçirilməsi anlamına gəlmir.

ABŞ rəsmisi həmçinin "sözdə referendum" təşkil etmək üçün hər hansı bir səyin "qanuni"  olmayacağını  da vurğulayıb.

 

Bundan öncə, Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ prezidenti Donald Tramp və Putinin Helsinki sammitində Ukraynanın şərqində referendum keçirilməsi ilə bağlı  müzakirələrin aparıldığını  söyləmişdi.

 

Qeyd edək ki, Ukraynanın Donbas bölgəsi Rusiyanın nəzarəti altındadır.  Luqansk və Donetsk  bölgələrində rusiyalı separatçılar və Ukraynanın qoşunları arasında qarşıdurmalar 2014-cü ildən bəri davam edir.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır