Arxiv
21 İyul 2018, 15:11 | AKTUAL
Qaradağdakı dəhşətli qəzaya görə sürücü həbs edildi

İyulun 12-də Bakı-Qazax yolunun Qaradağ rayonu hissəsində 1 nəfərin ölməsi, 10 nəfərin isə müxtəlif dərəcəli xəsarətlər alması ilə nəticələnən yol nəqliyyat hadisəsi faktına görə Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

 

Modern.az-ın xəbərinə görə, bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin yaydığı birgə məlumatda deyilir.

 

İstintaqla müəyyən edilib ki, iyulun 12-də saat 08 radələrində Əliyev Rövşən İsa oğlu “Mersedes Benz” markalı, 90-OJ-802 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə Qaradağ rayonu ərazisində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini pozmaqla sükan arxasında yuxulayaraq eyni istiqamətdə hərəkətdə olan Babayev Calal Əjdər oğlunun idarə etdiyi “Deltabus” markalı, 10-TF-383 dövlət qeydiyyat nişanlı sərnişin avtobusunu arxadan vurub.

 

Nəticədə avtobusda olan sərnişinlərdən Gülmalıyeva Nəzakət Alxas qızı hadisə yerində ölüb, digər sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

 

R.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Qazaxıstanda avtobus qəzası olub - 11 ölü, 29 yaralı 20 Aprel 2019, 10:05 Ermənistan silahlı qüvvələri atəşkəsi 21 dəfə pozub 20 Aprel 2019, 09:52 Azərbaycana qış geri döndü – Bakıya yağış, bölgələrə qar, dolu YAĞDI 20 Aprel 2019, 09:50 Futbol dahisi Messinin şöhrətin zirvəsinə gedən yolu – FAKTLAR+SİTATLAR     20 Aprel 2019, 09:32 Ermənistandan Rusiyaya daşınan nüvə tullantıları Azərbaycandan keçəcək?... 20 Aprel 2019, 09:14 Fırtına 5 nəfərin ölümünə səbəb olub 20 Aprel 2019, 09:06 Türkiyə ordusu 2 şəhid verdi 20 Aprel 2019, 08:59 ABŞ əsgəri ölümündən 75 il sonra dəfn edildi 20 Aprel 2019, 00:47 Bəzi geyimlər sağalmaz xəstəliklər yaradır - VİDEO 20 Aprel 2019, 00:29 Ukraynada sükut günüdür 20 Aprel 2019, 00:14 Yunanıstan Almaniyadan təzminat tələb edir 19 Aprel 2019, 23:56 Azərbaycan nefti 75 dollaradək  bahalaşdı 19 Aprel 2019, 23:34 Xətaidə anbarda başlayan yanğın söndürüldü 19 Aprel 2019, 23:19 Şəmkirdə ağır qəza: 1 ölü, 3 yaralı 19 Aprel 2019, 23:03 İran 290 cəsus aşkarlayıb 19 Aprel 2019, 22:46 Yasamalda mənzil siqaretdən yandı 19 Aprel 2019, 22:24 “Mənim üçün şərəfdir” – İmamoğlu Ərdoğanla görüşündən yazdı 19 Aprel 2019, 22:11 Türkiyə, Azərbaycan və Türkmənistan arasında enerji əməkdaşlığı 19 Aprel 2019, 21:49 “Bu pullar Allah naminə yığılırsa da, kimlərinsə cibinə gedir” - Sabir Rüstəmxanlı 19 Aprel 2019, 21:33 Prezidentliyə namizədlərin debatı başlayıb - CANLI YAYIN 19 Aprel 2019, 21:17 “Neftçi” liderlə xal fərqini qorudu 19 Aprel 2019, 21:06 Prezident Administrasiyasının rəhbəri istefa verdi 19 Aprel 2019, 20:51 “Traktor”un oyununda qarşıdurma: xeyli yaralı var - VİDEO 19 Aprel 2019, 20:36 Bakıda İran Ticarət Mərkəzi  açıldı 19 Aprel 2019, 20:18 İstanbulda Qaşıqçının ölümündə şübhəli bilinən cəsus saxlanıldı 19 Aprel 2019, 20:06 Son illər rus bölməsində təhsil alan şagirdlərin sayı  dəyişməz qalıb - Təhsil Naziri 19 Aprel 2019, 19:58 Bakıda kişi ona ərə getmək istəməyən qadını öldürüb - TƏFƏRRÜAT 19 Aprel 2019, 19:49 “Elinanın ölümü bizim üçün sarsıdıcı oldu - Ceyhun Bayramov 19 Aprel 2019, 19:40 Vyetnamın Baş naziri OANA İcraiyyə Komitəsi iclasının bir qrup iştirakçısını qəbul edib - FOTO   19 Aprel 2019, 19:32 Tənqidlər konstruktiv olarsa biz məsələni daha tez həll edə bilərik - NAZİR 19 Aprel 2019, 19:23