Modern.az

BAMF ikinci bülleten yayıb

BAMF ikinci bülleten yayıb

4 Dekabr 2009, 11:19

Beynəlxalq Avrasiya Mətbuat Fondu Azərbaycan Respublikası Prezidenti yanında KİV-lərin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən “Azərbaycanda KİV-in dünya informasiya məkanına çıxışı vəziyyətinin araşdırılması, beynəlxalq media qurumlarının təcrübəsinin öyrənilməsi və onlarla əməkdaşlıq əlaqələrinin qurulması” adlı layihə çərçivəsində ikinci bülleten (noyabr) yayıb. Bülletendə sözügedən layihə çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilib.

Layihə çərçivəsində “Azərbaycan KİV-inin və jurnalist qurumlarının beynəlxalq əlaqələri” mövzusunda dəyirmi masa keçirilməsi, beynəlxalq və xarici əlaqələrin ilkin durumunu öyrənmək üçün yerli KİV və jurnalist qurumları arasında sorğunun aparılması, beynəlxalq jurnalist qurumlarının fəaliyyəti araşdırılması, layihə rəhbərinin Almaniya və İspaniya səfəri barədə bülletendə geniş bilgilər var.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir