Modern.az

Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi

Deputatlığa namizəd ailəsi dəstəkləmədiyi üçün intihar etdi

21 İyul 2018, 15:33

Pakistanda deputatlığa namizəd olan Mirzə Məhəmməd Əhməd Muğal intihar edib.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki,  namizəd ailəsinin dəstəyini ala bilmədiyi üçün bu yola əl atıb.

Yerli mətbuatın məlumatına görə, Mirzə Məhəmməd Əhməd Muğal  sosial mediada paylaşdığı videoda təəssüfləndiyini və  bir gün sonra  intihar edəcəyini deyib. Onun cansız bədəni bu gün bir qəbiristanlıqda  tapılıb.

Muğalın namizəd olduğu NA-103 seçki dairəsində seçkilər təxirə salınıb.

Qeyd edək ki, Muğal Pakistanda 25 iyul seçkilərindən öncə həyatını itirən üçüncü deputatlığa  namizəd idi. Bundan qabaq iki namizəd terror hücumlarında dünyasını dəyişib.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir