Modern.az

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB

Sumqayıtda üçmərtəbəli mağaza yandı - VİDEO, YENİLƏNİB

21 İyul 2018, 23:16

Sumqayıt şəhəri 14-cü məhəllədə yerləşən “Bərəkət” marketdə baş verən yanğın söndürülüb. Modern.az xəbər verir ki, ümumi sahəsi 1200 kvadrat metr olan üçmərtəbəli binanın dam örtüyü yanıb. Həmçinin, mağazanın 3-cü mərtəbəsinin yanar konstruksiyaları 640 kvadrat metr sahədə sıradan çıxıb.

 

22:43

 

Sumqayıtda yanğın baş verib. Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhərində, 14-cü məhəllədə yerləşən ikimərtəbəli mağazanın dam örtüyündə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Məlumata görə, yanğın "Bərəkət" mağazasında baş verib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır