Modern.az

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb

Şimali Koreya iqtisadiyyatı kəskin dərəcə aşağı düşüb

22 İyul 2018, 00:21

Şimali Koreyanın iqtisadiyyatı 2017-ci ildə son 20 il ərzində ən kəskin dərəcə aşağı düşüb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı, aparılan hesablamalar nəticəsində Cənubi Koreyanın mərkəzi bankı bildirib.

Mərkəzi Bank əlavə edib ki, Pxenyanı nüvə və raket proqramını dayandırması üçün tətbiq edilən sanksiyalar ölkə iqtisadiyyatına ağır zərbə vurub.

Cənubi Koreyanın Mərkəzi Bankı bildirir ki, Şimali Koreyanın Ümumi Daxili Məhsulu (ÜDM) əvvəlki il göstəricisi ilə müqayisədə 3.5 fazi aşağı düşərək, 1997-ci ilin mənfi 6.5 göstəricisidən bəri ən zəif göstərici olub.

Ölkə iqtisadiyyatının üçdə birini təşkil edən sənayə istehsalı 8.5 faiz aşağı düşüb. Kənd təsərrüfatı və inşaat sənayeləri müvafiq olaraq, 1.3 faiz və 4.4 faiz aşağı düşüb.

Şimali Koreyada adam başına düşən ÜDM təxminən 1,284 ABŞ dollar təşkil edir. Bu isə Cənubi Koreyanın eyni göstəricisinin cəmi 4.4 faizidir.

Bütövlükdə 2017-ci ildə Şimali Koreyanın ixracı 37.2 faiz aşağı düşüb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi