Modern.az

ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbi davam edir - FOTOLAR  

ADAU-da 1-ci Beynəlxalq Yay Məktəbi davam edir - FOTOLAR  

Aktual

22 İyul 2018, 11:50

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) təşkil olunan, 11 ölkədən 34 tələbənin iştirak etdiyi “Davamlı İnkişaf Hədəfləri” adlı 1-ci Beynəlxalq Yay Məktəbinin iştirakçıları Qəbələ rayonuna səfər çərçivəsində “Gilan Holdinq”in Ətlik-Südlük Heyvandarlıq Kompleksində, Gilan Qida Şəhərciyində, Fındıq Emalı Zavodunda, Südçülük təsərrüfatında olublar.

Modern.az Qida şəhərciyində kartor çipsi, şirələr istehsalı, məhsulun saxlanılması, qablaşdırılması bölmələri, heyvandarlıq komplekslərində yemləmə, bəslənmə, sağım prosesi, laboratoriya analizləri və digər sahələrlə tanış oluna iştirakçılar bütövlükdə ölkəmizdə rəqabətədavamlı aqrar-sənaye müəssisələrinin inkişaf etdiyini qeyd ediblər.

Universitetin rektorluğu adından və iştirakçılar tərəfindən Qəbələ rayonuna səfərin təşkilatçısı “Aztexnika MMC”-yə, müəssisənin nümayəndələri Rövşən Bayramova və Könül Mansurovaya ADAU ilə sıx əməkdaşlığa, sosial layihələri dəstəklədiklərinə görə təşəkkür edilib. 

Səfər Mingəçevir şəhərində axşam gəzintisi ilə yekunlaşıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır