Modern.az

AzEdu.az-ın ucqar kənd şagirdlərinə paylayacağı kitabların qəbulu davam edir - Son bir neçə gün

AzEdu.az-ın ucqar kənd şagirdlərinə paylayacağı kitabların qəbulu davam edir - Son bir neçə gün

22 İyul 2018, 15:49

Kitablar, insanları mənəvi cəhətdən müsbətə doğru dəyişən bir fürsətdir. Oxumaq birmənalı şəkildə insanların zehni və ruhi inkişafına səbəb olur.

Beləliklə, kitab oxumaq bir nəfər kimi hər kəsin, xüsusilə bütün məktəblilərin haqqıdır.

AzEdu.az məhz ucqar kənd məktəblərində təhsil alan uşaqların bu “fürsətdən” yararlanmasını təmin etmək üçün təşkil etdiyi layihəni davam etdirir.

Oxucuların hədiyyə etdiyi imzalı kitabları AzEdu.az saytının əməkdaşı və ucqar kənd müəllimi Seymur İbrahimov ilə birlikdə kəndlərdə, bölgələrdə məktəblilərə paylayacaq. 

Kitabların qəbulu avqust ayının 1-nə qədər davam edəcək. Böyük kütlənin maraq göstərdiyi bu layihəyə qoşulmaq üçün bizimlə əlaqə saxlayın. Kitabların paylanması ilkin olaraq cənub zonasının ucqar kəndlərdində baş tutacaq.

Layihə haqda ətraflı məlumat:

Layihəni keçirməkdə əsas məqsəd ucqar kənd məktəblilərinin kitab oxumasına yardımçı olmaq, onların daha da maariflənməsinə az da olsa töhfə verməkdir.

Beləliklə, siz hədiyyə etmək istədiyiniz kitaba “Muraddan (şərti ad) məktəbli dostuma hədiyyə" yazmaqla kitabı redaksiyamızın ünvanına göndərə və ya əlaqə saxlayaraq bizə çatdıra bilərsiniz.

Qeyd edək ki, məzmununa görə kitablar müxtəlif ola bilər: dərslik və test vəsaitləri, bədii və elmi kütləvi kitablar, lüğətlər və s.

Kitabların azərbaycan və türk dilində olması arzuolunandır.

Ətraflı məlumat üçün əlaqə vasitələri:

e-poçt: İ[email protected]
mobil tel. : 055 329 4878
WhatsApp: 055 329 4878
Facebook: //www.facebook.com/azedu.az/

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi