Modern.az

İranda gün ərzində üçüncü dəfə zəlzələ olub, 20 nəfər xəsarət alıb

İranda gün ərzində üçüncü dəfə zəlzələ olub, 20 nəfər xəsarət alıb

Dünya

22 İyul 2018, 17:37
Bu gün İranın qərbində 5,9 maqnitudalı zəlzələ baş verib.
 
Modern.az İran KİV-nə istinadən məlumat verir ki, zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərilikdə yerləşib.
 
Zəlzələ nəticəsində Kermanşah əyalətindəki Təzəhabad yaşayış məntəqəsində 20 nəfər xəsarət alıb.
 
Qeyd edək ki, bu gün İranın cənubunda da 4,6 və 5,4 maqnitudalı zəlzələ olub, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı