Modern.az

Zəlzələdən xəsarət alanların sayı 287 nəfərə çatdı - Yenilənib

Zəlzələdən xəsarət alanların sayı 287 nəfərə çatdı - Yenilənib

22 İyul 2018, 23:29

İranın Kermanşah əyalətində 5,9 maqnitudalı zəlzələnəticəsində xəsarət alanların sayı 287 nəfərə çatıb. Modern.az İran mediasına istinadən xəbər verir ki, bu barədə əyalətin qubernatoru Hüşənd Bəzvənd bildirib.

 

Onun sözlərinə görə, zəlzələ 43 kəndə ziyan vurub, 101 bina tamamilə, 800-dən çoxu isə qismən  uçub. Hazırda zəlzələnin fəsadlarının aradan qaldırılması üzrə işlər davam etdirilir.

 

20:02

 

İranda baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, İranın qərbində Kermanşah əyalətində baş verən zəlzələ nəticəsində ən azı 128 nəfər xəsarət alıb.

 

Bundan əvvəl "Sinxua" agentliyi 20 nəfərin xəsarət aldığı barədə məlumat yayıb.

 

Qeyd edək ki, bu gün İranın qərbində 5,9 maqnitudalı zəlzələ baş verib. Zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərilikdə yerləşib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır