13 dekabr 2018, Cümə axşamı
Ana Səhifə - CƏMİYYƏT - Əzəmət və möhtəşəmlik zirvəsini Ağdam yenə də fəth edəcəkdir...
Əzəmət və möhtəşəmlik zirvəsini Ağdam yenə də fəth edəcəkdir...
22.07.2018, 22:19

Qədirin dəryada gəmisi vardı,

Hələ biçilməmiş zəmisi vardı,

Həm atalıydı, həm də arxalı,

Hamının dayısı, əmisi vardı.

Ağdam Qarabağın toy otağıydı.

 

Sevənlər dodaqda söz əridərdi,

Qızlar oda dönər, buz əridərdi,

Baharın günəşi əritməyəni

Bircə baxışıyla qız əridərdi,

Ağdam Qarabağın toy otağıydı...

 

Zəlimxan Yaqub

 

İşğal olmasından 25 il ötən Ağdam mənim hafizəmə ilk dəfə məşum bir tarixdə – 1967-ci il iyulun 3-də yazılıb. Onda mənim səkkiz yaşım vardı. Həmin o müdhiş tarixdə ermənilər Stepanakert adlandırdıqları Xankəndində Dağlıq Qarabağı Azərbaycandan qoparıb Ermənistana qatmaq üçün növbəti qanlı cinayətlərini törətdilər. O isti yay günündə azərbaycanlılara qarşı özbaşınalıqların tüğyan etdiyi Xankəndinin mərkəzində - hüquq-mühafizə orqanlarının, hərbi hissənin 5-10 metrliyində erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə şərləndikdən sonra qanunsuz olaraq həbs edilərək istintaqa cəlb olunmuş, dözülməz fiziki təzyiqlərə məruz qalmış, nəhayət məhkəmə prosesinə cəlb edilmiş üç soydaşımız – Ərşad Məmmədov və onun qohumları Ələmşah, Zöhrab məhkəmə iclasından sonra yandırılaraq xüsusi bir amansızlıqla, görünməmiş bir vəhşiliklə qətlə yetirildilər, üç soydaşımızın cəsədini tanınmaz bir şəklə saldılar (Ərşad Məmmədov və onun iki qohumu guya azyaşlı bir erməni uşağını qətlə yetirdiklərinə görə həbs olunmuşdular, lakin sonralar qətli törədən milliyətcə erməni Edik Bağdasaryan Rostov şəhərində həbs olunmuş, o törətdiyi cinayəti etiraf etmiş, maddi sübutları istintaq orqanlarına təqdim etmişdir).

 

Qanunçuluğu, xalqlarının dostluğu ilə öyünən bir ölkədə – SSRİ-də ifrat özbaşınalıqlarla müşaiyyət olunan bu hadisə Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana birləşdirmək üçün ermənilərin uzunmüddətli və ardıcıl mübarizəsinin bir həlqəsi idi. Bu qanlı cinayətin millətçi ermənilər tərəfindən törədilməsi milli ədavət, Dağlıq Qarabağı Azərbaycandan qopartmaq üçün siyasi zəmin yaratmağa xidmət edirdi.

 

Tarixin bütün mərhələlərində Azərbaycana qarşı törətdikləri qanunsuz əməllərdən, cinayətlərdən cəza almadıqlarından harınlaşmış, azğınlaşmış erməni şovinistləri 1967-ci il 3 iyul hadisələrindən sonra da əmin idilər ki, növbəti qanlı cinayətlərinin də üzərindən sükutla keçiləcək, ictimaiyyət törədilmiş vəhşiliklərdən xəbərsiz qalacaq.

 

Tarixi gerçəklik naminə qeyd olunmalıdır ki, ermənilərin arzularına uyğun olaraq günün-günorta vaxtında üç soydaşımızın qətlə yetirilməsi haqda respublika əhalisinə məlumat verilmir, rəsmi Bakı susurdu. Azərbaycanlılar haqqında, həqiqətə uyğun oldu-olmadı, adi bir məlumatı şişirdərək məqsədyönlü şəkildə bütün dünyaya bəyan edən ermənilərdən fərqli olaraq, o qanlı hadisə ərəfəsində Bakıda nəşr olunan qəzətlərdə bir kəlmə olsun belə üç azərbaycanlının yandırılaraq qətlə yetirilməsindən söhbət açılmırdı. Bəli, çox qəribə və acınacaqlı idi ki, SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri N.V.Podqornının Suriya Ərəb Respublikasına səfərindən, “Kapital”ın Azərbaycan dilinə tərcümə olunmasından, respublikanın birinci şəxsi Vəli Axundovun Monqolustana səfərindən, Çində Mao Tsze Dunun əleyhinə çıxışlardan, hətta Ermənistan KP MK-nın birinci katibi A.Koçinyanın rəhbəri olduğu respublikanın əldə etdiyi nailiyyətlərdən gen-bol yazılar verən Azərbaycanın “birinci” qəzeti “Kommunist”, həmçinin digər nəşrlər 3 iyul hadisələri haqda susur, acı və dəhşətli həqiqətləri xalqdan gizlətməyə çalışırdılar. Lakin, bütün bu cəhdlər əbəs idi. O müdhiş anlarda Ağdamın qisas eşqilə ayağa qalxması bütün həqiqətləri üzə çıxartdı. Yüzlərlə qeyrətli Azərbaycan övladı ətraf rayonlardan Ağdama, qəlbləri milli hisslərlə döyünən ağdamlıların başına toplaşdı. Ermənilər iyul hadisələri ərəfəsində Ağdamdan bu cür reaksiya gözləmirdilər. Bundan ciddi narahat olan ermənilər Moskvadakı havadarlarının köməyindən istifadə edib Xankəndində və Ağdamın Dağlıq Qarabağla həmsərhəd zonalarında fövqəladə vəziyyət elan olunmasına nail oldular. Dağlıq Qarabağa gedən yollarda komendant rejimi tətbiq edildi. Bir çox erməni ailələri erməni vəhşiliyindən əsəbləri tarıma çəkilmiş ağdamlıların qorxusundan Xankəndini tərk etdilər.

 

Həmin o qorxunc iyul günlərində azərbaycanlı ailələr öz təhlükəsizliklərini təmin etmək üçün Xankəndini tərk etmək istərkən ağsaqqallarımızın dilindən eşitdiyim “narahat olmayın, Ağdam ayağa qalxıb, burada bir azərbaycanlının burnu qanasa ətrafdakı bütün erməni kəndləri mühasirədədir” sözləri mənim qorxu hissləri ilə döyünən qəlbimə doğma bir söz yazdı – Ağdam!

 

Uşaq təfəkkürümlə nələr baş verdiyini tam anlaya bilmədiyim o anlarda mənim üçün bu dünyada iki məkan var idi– biri doğulduğum və yaşadığım qorxunc və soyuq Stepanakert, bir də üzünü belə görmədiyim isti, doğma bir ocaq – Ağdam. Mənə elə gəlirdi ki, Xankəndindən 28 kilometr aralıda yerləşən Ağdamda çoxlu qohum-əqrabam var, bizi orada hamı tanıyır və biz erməni millətçiliyinin dərin, çox dərin kök saldığı Stepanakertdə – sözün həqiqi mənasında bu daşnak yuvasında köməksiz deyilik. Mən uşaq düşüncələrim, dünyaya baxışlarımla Ağdamla qürrələnir, fəxr edir, bu qədim yurda pənah gətirirdim. Həmin ağır, qorxunc hisslərlə yaşanılan günlərdə Ağdam çoxlarının – Xankəndində, onun ətrafında yaşayan azərbaycanlıların ümid yeri idi.

 

Ağdamda ilk dəfə 8-9 yaşım olarkən Şıxbabalı kəndində olmuşam - Bayram dayı ilə Nuridə xalanın evində - İlahi, bu sadə insanlar nə böyük qəlb sahibi imişlər! Sonrakı illərdə - Şuşada “Dostluq” pioner düşərgəsində istirahət zamanı tanış oldğum ağdamlı həmyaşıdlarımın, xüsusən də Muradbəylidən olan Qabil Mobil oğlu Cəfərovun qonaqpərvər evinə get-gəlişim Ağdam haqqında ilk təsəvvürlərimi daha da möhkəmlətdi.

 

Ötən əsrin 70-ci illərində isə ümummilli liderimiz Heydər Əliyevin məqsədyönlü təşəbbüsü ilə Xankəndində pedaqoji institutun fəaliyyətə başlaması - bu ali təhsil müəssisəsində əsasən ağdamlı müəllimlərin işləməsi və tələbələrin böyük əksəriyyətinin Ağdamdan olması Xankəndində nəzərəçarpacaq və erməniləri narahat edən Ağdam mühiti yaratdı. Bu isə Xankəndində yaşayan azərbaycanlıların, o cümlədən bu sətirlərin müəllifinin Ağdama sevgisini bir daha artırırdı. Erməniləşmiş vilayət paytaxtında azərbaycanlılaşma prosesinin getməsi Xankəndinin azərbaycanlı əhalisinə qol-qanad verir, elə buna görə də biz Ağdamı – bu ziyalılar, müdrik ağsaqqallar, seyidlər, incəsənət xadimləri, sənətçilər, əmək qəhrəmanları şəhərini sevirdik.

 

1976-1981-ci illərdə Xankəndi Pedağoji İnstitutunun tarix fakültəsində təhsil aldığım illərdə də Ağdam istiliyini, Ağdam doğmalığını, ağdamlı müəllimlərin qayğısını daim hiss etmişəm. Tarix fakültəsinin dekanı, sözün həqiqi mənasında böyük ziyalı və pedaqoq olan Süleyman Zeynalovun institutda gözə görünməyən, lakin hər addımda adamı cənginə ala biləcək erməni fitnə-fəsadlarından bizləri - həm tələbələrin, həm müəllimlərin qorunmasında dəyərli xidmətləri olub. Bu gün hansısa bir mövqe tutmağım, çiyinlərimdə polkovnik rütbəsinin ulduzlarını daşımağım üçün başqa bölgələrdən olan müəllimlərlə yanaşı ağdamlı müəllimlərimin – Süleyman Zeynalovun, Zabil Bayramovun, Məmməd Hüseynovun, Mirələm Vəliyevin, Raqub Kərimovun, Şahlar Kərimovun adlarını böyük ehtiramla qeyd edirəm.

 

İnstitut illərində şənbə günləri ağdamlı tələbələrin evlərinə qayıtmasından sanki Xankəndi boşalır, şəhər elə bil yenə də erməniləşirdi. Bu boşluğu doldurmaq üçün isə mən tələbə yoldaşım - hazırda Sumqayıt Dövlət Universitetinin tarix fakütəsinin dekanı vəzifəsində çalışan, professor Adil Baxşəliyevlə Ağdama gələrdim. Adilgilin Muradbəylidə - Bünyad Sərdarov küçəsindəki 37 nömrəli ev mənim üçün çox doğma, isti və halal çörəkli bir ocaq idi. Mən bu evdən Adilin nənəsi ilə ilk dəfə Seyid Lazım Ağanın Şıxbabalı kəndindəki evinə getmiş, o böyük kəramət sahibini ziyarət etmişdim. İslam dininin möhtəşəm dəyərlərinin qapıları da mənim üzümə ilk dəfə Ağdamda açılmış, mən İslam dininin əzəmətini ilk dəfə Ağdamda dərk etmişdim. İlk dəfə Allah evinə - məsciddə olmağım da Ağdamla bağlıdır.

 

1988-ci ilin payızında Xankəndi şəhərində yaşayan azərbaycanlılar vəhşicəsinə öz doğma evlərindən qovulanda, onların evləri yandırılanda yüzlərlə azərbaycanlı kimi mən də Ağdama pənah gətirdim. Həmin o müdhiş anlar indi də gözlərim önündədir. Ağdamlılar ev-eşiyindən didərgin düşənlərə - erməni vəhşiliyindən xilas olanlara gecə-gündüz bilmədən qucaq açdılar. Kimliyindən asılı olmayaraq ağdamlılar tanıdıqları - tanımadıqları məcburi köçkünləri evlərinə aparır, onların rahatlığını təmin edirdilər. Ağdamlılar İslam dəyərlərinin möhtəşəmliyi - böyük səxavət və mərhəmət hissləri ilə evlərinin qapısını məcburi köçkünlərin üzünə açır, onlara təskinlik verir, Uca Allahdan səbr diləyirdilər. Rəcəb Gözəlov küçəsindəki 57 nömrəli evdə mərhum İdris Həsənovdan, onun ömür-gün yoldaşı Şövkət xaladan gördüyümüz qayğı heç bir vaxt yaddan çıxan deyil, o halal ocaq Xankəndini məcburən tərk etdikdən sonra bizim ailəni öz isti ağuşunda isindirdi.

 

Mən 1988-ci ildən - o müdhiş tarixdən başlayaraq Şuşadan, Xankəndindən, Xocalıdan, Malıbəylidən, Ermənistandan isti yurd-yuvasından perik düşmüş məcburi köçkünlərin Ağdamda qarşılanmasını saatlarla müşahidə edir, həm Ağdam camaatının, həm də Ağdam ictimaiyyətinin səbrinə, ağdamlıların Qarabağ ağrılarını yaşayan qəlblərinin böyüklüyünə təəccüb edərək onların qarşısında baş əyirdim. Mən o anlarda Ağdamı dünyanın ən əzəmətli, ən möhtəşəm və ən dözümlü şəhəri sanırdım. Bəli, şair əbəs yerə deməmişdi:

 

Ana nəfəsi var şirin dilində,

Dost ilə böləndi çörəyi Ağdam.

Ümid çıraqları tutub əlində

Külli-Qarabağın ürəyi Ağdam.

 

Məcburi köçkün həyatımın Bakı dövründə də tale məndən Ağdam qayğısını əsirgəmədi. 1988-ci illərdən başlayaraq özbaşınalığın tüğyan etdiyi, heç kimin “kitabının oxunmadığı” və bütün bunlarla yanaşı işlə təmin olunmaq problemlinin baş qaldırdığı bir vaxtda Ağdamda böyük bir qarabağlının, Qarabağ kişisinin - Zülfüqar Teymur oğlu Səfərəliyevin evində böyüyüb tərbiyə almış Bəhruz Səfərəliyevin məcburi köçkün və qaçqınlara, o cümlədən mənə olan qayğısı sayəsində işlə təmin olundum, bununla da həyatımın fəaliyyət istiqaməti - həyat yolum müəyyənləşdi. O çətin günlərdə Qarabağa Xalq Yardımı Komitəsinin sədri, yazıçı Bayram Bayramovun da dəfələrlə böyük qəlbinin şahidi oldum.

 

Tarix müəllimi olmuş atamın ruhuna ən böyük hədiyyəm olaraq tarix elmləri namizədi alimlik adını almaq üçün dissertasiya işinin yazılıb müdafiə edilməsində də Ağdam “məndən köməyini əsirgəmədi”. Elmi rəhbərim - Azərbaycanın böyük tarixçi alimi, bir sıra tarix kitablarının, dərsliklərin müəllifi, ən başlıcası isə böyük qəlb sahibi - Bakı Dövlət Universitetinin “Slavyan ölkələri tarixii” kafedrasının müdiri olmuş mərhum professor Tofiq Vəliyevin çox böyük zəhməti olub.

Agdam Qədir Rüsəmovun, Rəmişin vətəni kimi mənə ölçüyə gəlməz sevgilərlə dəyərli bir məkandır.

Agdam həm də ismətli, həyalı, kişi qeyrətli qızların vətəni olaraq qəlbimizdən silinməzdir. Xankəndi Pedaqoji İnstitutunda Ağdam ünvanlı sevgi - məhəbbətlə dolu günlərimiz, vüsala yetişməsək də belə, ömrün bu məqamında da 40 il öncə olduğu kimi təravətlidir.

 

…Beləcə, ömrümün bir çox anları Ağdamla bağlı olub. Ağdam ömrümdən keçmiş, ömrüm Ağdama qarışmışdır. Ağdam haqqında deyilən xoş sözlərdən həmişə qürur duymuş, Ağdam haqqında deyilən iftiralar isə qəlbimi həmişə əzmiş, ağrıtmışdır. Ağdam – minlərlə igidin vətəni olan bu qəhrəmanlar yurdu, altı mindən artıq şəhidimizin qızıl qanına bulaşmış bu torpaq işğal olunsa da, erməni millətçilərinə həmişə qənim kəsilmiş bu yurd mənim üçün həmişə əziz və doğma, əzəmətli və möhtəşəmdir. Mən tam əminəm ki, həmin əzəmət və möhtəşəmlik zirvəsini Ağdam yenə fəth edəcəkdir.

 

Hikmət Xudiyev (Cəmilzadə),

Əməkdar jurnalist, tarix üzrə fəlsəfə doktoru


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Gürcüstan parlamentində büdcə ilə bağlı səsvermə baş tutmayıb
13.12.2018, 00:54

Gürcüstan parlamentində büdcə ilə bağlı səsvermə baş tutmayıb

Qurban Qurbanovun Londondakı mətbuat konfransına cəmi 3 jurnalist gəlib - FOTO
13.12.2018, 00:33

Qurban Qurbanovun Londondakı mətbuat konfransına cəmi 3 jurnalist gəlib - FOTO

Bərdədə avtomobil 13 yaşlı məktəbli qızı vurdu
13.12.2018, 00:14

Bərdədə avtomobil 13 yaşlı məktəbli qızı vurdu

Çempionlar Liqası 6-cı tur – “MOİK” “Real”ı Madriddə darmadağın etdi
13.12.2018, 00:00

Çempionlar Liqası 6-cı tur – “MOİK” “Real”ı Madriddə darmadağın etdi

Ərdoğan Suriyada yeni hərbi əməliyyatların anonsunu Verdi
12.12.2018, 23:41

Ərdoğan Suriyada yeni hərbi əməliyyatların anonsunu Verdi

Mingəçevirdə sərnişin avtobus sürücüsünü döydü
12.12.2018, 23:23

Mingəçevirdə sərnişin avtobus sürücüsünü döydü

Azərbaycan nefti ucuzlaşır
12.12.2018, 23:09

Azərbaycan nefti ucuzlaşır

Sabunçuda 3 otaqlı ev yanıb
12.12.2018, 22:48

Sabunçuda 3 otaqlı ev yanıb

Azərbaycanda qızıl ucuzlaşıb
12.12.2018, 22:34

Azərbaycanda qızıl ucuzlaşıb

Trampın keçmiş vəkili həbs edildi
12.12.2018, 22:19

Trampın keçmiş vəkili həbs edildi

Bakı-Quba yolunda piyadanı maşın vuraraq öldürüb
12.12.2018, 22:05

Bakı-Quba yolunda piyadanı maşın vuraraq öldürüb

Braziliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb
12.12.2018, 21:43

Braziliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatıb

Fransada 720 polis əməkdaşı bir şübhəlinin axtarışı ilə məşğuldur
12.12.2018, 21:30

Fransada 720 polis əməkdaşı bir şübhəlinin axtarışı ilə məşğuldur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Heydər Əliyevin xatirəsini yad edib
12.12.2018, 21:22

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Heydər Əliyevin xatirəsini yad edib

SWIFT-in baş direktoru istefaya gedib
12.12.2018, 21:11

SWIFT-in baş direktoru istefaya gedib

Bakıda əhaliyə göstərilən xidmətlərin dəyəri 4 milyard manatdan çox olub
12.12.2018, 20:54

Bakıda əhaliyə göstərilən xidmətlərin dəyəri 4 milyard manatdan çox olub

Türkap rəhbəri Heydər Əliyevin heykəlini ziyarət etdi
12.12.2018, 20:46

Türkap rəhbəri Heydər Əliyevin heykəlini ziyarət etdi

Ermənistanın yeni parlamenti nə vaxt toplaşacaq?
12.12.2018, 20:37

Ermənistanın yeni parlamenti nə vaxt toplaşacaq?

İranda sərnişin daşımaq üçün təyyarə çatışmır
12.12.2018, 20:12

İranda sərnişin daşımaq üçün təyyarə çatışmır

Metronun “Gənclik” stansiyasında dava - saxlanılanlar var
12.12.2018, 19:55

Metronun “Gənclik” stansiyasında dava - saxlanılanlar var

Dövlət Komitəsində ulu öndərin xatirəsi anılıb - FOTOLAR
12.12.2018, 19:39

Dövlət Komitəsində ulu öndərin xatirəsi anılıb - FOTOLAR

İndoneziya səfiri: “Qarabağ Azərbaycanındır”
12.12.2018, 19:30

İndoneziya səfiri: “Qarabağ Azərbaycanındır”

Mnatsakanyanı nə Pompeo, nə də Stoltenberq qəbul edib
12.12.2018, 19:28

Mnatsakanyanı nə Pompeo, nə də Stoltenberq qəbul edib

Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR
12.12.2018, 19:12

Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin məzarını ziyarət edib - FOTOLAR

Rusiya Ordusunun Baş Qərargah rəisi NATO komandanı ilə Bakıda görüşdü
12.12.2018, 19:05

Rusiya Ordusunun Baş Qərargah rəisi NATO komandanı ilə Bakıda görüşdü

NASA yeni ekzoplanet kəşf edib
12.12.2018, 18:43

NASA yeni ekzoplanet kəşf edib

Həştərxanda Heydər Əliyevin anım mərasmi keçirilib - FOTOLAR
12.12.2018, 18:25

Həştərxanda Heydər Əliyevin anım mərasmi keçirilib - FOTOLAR

“Agetch and Green Energy” beynəlxalq forumu başa çatıb
12.12.2018, 18:19

“Agetch and Green Energy” beynəlxalq forumu başa çatıb

Xamenei: “ABŞ 2019-cu ildə İranı qarışdıra bilər”
12.12.2018, 18:10

Xamenei: “ABŞ 2019-cu ildə İranı qarışdıra bilər”

21 Azər hərəkatı və davam edən əsarət
12.12.2018, 17:56

21 Azər hərəkatı və davam edən əsarət

Özbəkistandan idxal edilən 31 ton kişmiş zərərsizləşdirildi
12.12.2018, 17:55

Özbəkistandan idxal edilən 31 ton kişmiş zərərsizləşdirildi

Adil Əliyevdən türkiyəli jurnalistə böyük etimad   
12.12.2018, 17:30

Adil Əliyevdən türkiyəli jurnalistə böyük etimad  

Oqtay Əsədov Zurabişvilinin andiçməsində iştirak edəcək
12.12.2018, 17:19

Oqtay Əsədov Zurabişvilinin andiçməsində iştirak edəcək

Nəslimin yarpaq tökümü
12.12.2018, 17:09

Nəslimin yarpaq tökümü

Manat və dolların sabahkı MƏZƏNNƏSİ
12.12.2018, 17:03

Manat və dolların sabahkı MƏZƏNNƏSİ

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anım mərasimi keçirilib
12.12.2018, 16:59

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anım mərasimi keçirilib

Bu il dünyasını dəyişən TANINMIŞLAR   
12.12.2018, 16:52

Bu il dünyasını dəyişən TANINMIŞLAR  

“Nar”dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri
12.12.2018, 16:52

“Nar”dan Yeni il ərəfəsində sərfəli rominq təklifləri

Sərhədi saxta sənədlərlə keçmək istəyənlər tutuldu
12.12.2018, 16:50

Sərhədi saxta sənədlərlə keçmək istəyənlər tutuldu

Bakıda tikiş sexində partlayış - 2 nəfər xəsarət aldı
12.12.2018, 16:48

Bakıda tikiş sexində partlayış - 2 nəfər xəsarət aldı

Vyetnamda Heydər Əliyev anıldı
12.12.2018, 16:30

Vyetnamda Heydər Əliyev anıldı

Şabranda gəmiricilər əleyhinə mübarizə...
12.12.2018, 16:28

Şabranda gəmiricilər əleyhinə mübarizə...

Balakəndə evdən 1400 manat pul oğurlayan yeniyetmə saxlanıldı
12.12.2018, 16:18

Balakəndə evdən 1400 manat pul oğurlayan yeniyetmə saxlanıldı

Nəcməddin Sadıkov Gerasimovla hərbi əməkdaşlığı müzakirə etdi
12.12.2018, 15:59

Nəcməddin Sadıkov Gerasimovla hərbi əməkdaşlığı müzakirə etdi

Yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər vergi ödəyəcək
12.12.2018, 15:40

Yanvarın 1-dən bərbərlər, ofisiantlar və dərzilər vergi ödəyəcək

İlham Əliyev Rusiya və NATO generallarının Bakı görüşündən danışdı - YENİLƏNİB
12.12.2018, 15:37

İlham Əliyev Rusiya və NATO generallarının Bakı görüşündən danışdı - YENİLƏNİB

Vergi Məcəlləsinə son dəyişikliklərdə sahibkarlıq üçün bu güzəştlər nəzərdə tutulub - SİYAHI
12.12.2018, 15:32

Vergi Məcəlləsinə son dəyişikliklərdə sahibkarlıq üçün bu güzəştlər nəzərdə tutulub - SİYAHI

Heydər Əliyevin anım günü Ağstafada izdihamla qeyd olundu
12.12.2018, 15:26

Heydər Əliyevin anım günü Ağstafada izdihamla qeyd olundu

Xəzər Universitəsində “Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirilib
12.12.2018, 15:26

Xəzər Universitəsində “Elm və Sənət Məclisi”nin 68-ci məşğələsi keçirilib

Vergilər Nazirliyi: “Son dəyişiklik əməkhaqqının artması anlamına gəlməməlidir” - MÜSAHİBƏ   
12.12.2018, 15:24

Vergilər Nazirliyi: “Son dəyişiklik əməkhaqqının artması anlamına gəlməməlidir” - MÜSAHİBƏ  

ARXİV