Modern.az

Meral Akşener istefa verdi

Meral Akşener istefa verdi

22 İyul 2018, 22:54

Türkiyənin İYİ Partiyasının sədri Meral Akşener postundan istefa verib. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin üzvü Fatih Əryılmaz Tvitter hesabında yazıb.

 

Meral Akşener 3 həftə ərzində partiyada növbədənkənar qurultayın keçiriləcəyini bildirib.

Partiya sədrliyinə namizəd olmayacağını bildirən Akşeneri sonradan əqidədaşları razı sala bilib.

 

Qeyd edək ki, Meral Akşener iyunun 24-də keçirilən prezident və parlament seçkilərindən sonra partiya üzvləri tərəfindən sərt tənqid olunurdu.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu